Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsindəki əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsindəki əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

01.12.2025 [22:51]

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə T.Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir”.

Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən nazir bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb: “Ankarada keçirilən XI Türk Tibb Dünyası Qurultayında Azərbaycanın nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Belə beynəlxalq platformalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də gələcəkdə ortaq prioritetlərimizi müəyyən etmək baxımından əvəzsizdir”.

T.Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu deyib: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir”.

Nazir elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Birol Akgün isə vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Səfir, xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu diqqətə çatdırıb.

XI Türk Tibb Dünyası Qurultayının mahiyyətini qeyd edən Birol Akgün bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31