Şəkidə indiyədək 46 min hektardan çox sahədə payız səpini aparılıb
02.12.2025 [20:50]
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 34 min 965 hektarı dən üçün arpa, 11 min 173 hektarı buğda olmaqla, 46 min 138 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
“Əkin sahələrinin 21 min hektarına buğda, 39 min hektarına isə arpa səpiləcək. Səpin aparılacaq sahələrin 14 min 550 hektarı suvarılan, 45 min 450 hektarı isə dəmyə torpaqlardır. Payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 52,5 min hektardan çox sahədə şum qaldırılıb. Səpin üçün 11 min 260 ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 3 min 660,4 ton sertifikatlaşmış toxum hazırlanaraq fermerlərə satışı həyata keçirilib. Səpinlə birlikdə sahələrə 4 min 241 ton şumaltı gübrə verilib. Ümumilikdə, səpin kampaniyasına 381 ədəd şum traktoru, 245 ədəd kotan, 120 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb olunub”, - deyə Ağalar Mustafayev vurğulayıb.
Sektor müdiri onu da əlavə edib ki, taxılçılığın inkişaf etdirilməsi məqsədilə 2025-ci ildə fermerlərə dəmyə sahələr üçün hər hektara 200 manat, suvarılan sahələr üçün isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

