Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması
02.03.2026 [10:43]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində etdiyi çıxış bir daha göstərdi ki, Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması Azərbaycan dövlətinin və xalqının dəyişməz prioritetidir. Dövlət başçısı vurğuladı ki, tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən siyasi, diplomatik və informasiya fəaliyyəti uzunmüddətli və sistemli strategiyaya əsaslanır.
Bu istiqamətdə mühüm rol oynayan qurumlardan biri də Heydər Əliyev Fondudur. Prezident çıxışında qeyd etdi ki, Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi və bu təşəbbüs qısa müddətdə beynəlxalq miqyas aldı. Bu kampaniya nəticəsində Xocalı faciəsi ilə bağlı həqiqətlər dünyanın müxtəlif ölkələrində ictimaiyyətə çatdırıldı, çoxsaylı tədbirlər, konfranslar, sərgilər keçirildi, sənədli materiallar yayımlandı.
“Xocalıya ədalət!” təşəbbüsü təkcə informasiya kampaniyası deyil, həm də beynəlxalq hüququn aliliyinə çağırış idi. Bu hərəkat çərçivəsində müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində addımlar atdılar. Beləliklə, həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm irəliləyiş əldə olundu.
Xocalı Soyqırımı Memorialının açılışı isə bu mübarizənin mənəvi-siyasi zirvəsi kimi qiymətləndirilə bilər. Memorial həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir, həm də gələcək nəsillərə tarixi yaddaşın qorunması ilə bağlı mühüm mesajdır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan xalqı heç vaxt Xocalı qurbanlarını unutmayacaq və bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində səylər davam etdiriləcək.
Bu gün Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bir dövlətdir. Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması isə milli birliyin, siyasi iradənin və məqsədyönlü fəaliyyətin nəticəsidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” hərəkatı sübut etdi ki, həqiqət gec-tez öz yerini tapır.
Tarixi ədalətin bərpası istiqamətində görülən işlər, memorial komplekslərin yaradılması və beynəlxalq kampaniyaların həyata keçirilməsi Azərbaycan dövlətinin prinsipial mövqeyinin bariz nümunəsidir. Xocalı Soyqırımı Memorialı həm də dünyaya ünvanlanan bir çağırışdır: ədalət gecikə bilər, lakin unudulmaz və itirilməzdir.
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30

