Hörmüzdə boğaza yığılan dünya...
18.04.2026 [09:50]
Kilidin açarı kimdədir?
Hörmüz boğazında “nəfəs darlığı” - enerji arteriyası üzərində geosiyasi planlar
Uğursuz 21 saatlıq İslamabad danışıqlarınının ardından aktivləşən Hörmüz blokadası 4 gündür davam edir. Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın əmri ilə aprelin 13-ü, Bakı vaxtı ilə saat 18:00-dan etibarən İran limanlarına qarşı rəsmi hərbi blokadaya başladığını elan edib. Əməliyyatın icrası üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin raket daşıyan esminsetləri Hörmüz boğazı və Fars körfəzi ətrafında döyüş mövqeyi tutublar. CENTCOM-un bəyanatına görə, blokada gəmilərin mənsubiyyətindən asılı olmayaraq bütün ölkələrə şamil edilir. İranın sahil sularına və limanlarına daxil olan və ya oradan çıxan istənilən gəmi ABŞ hərbi gəmiləri tərəfindən saxlanılır. Komandanlıq bildirib ki, hər bir raket esminsetində 300-dən çox xüsusi təlim görmüş dənizçi xidmət edir. Bu heyət həm hücum, həm də müdafiə əməliyyatlarını ən yüksək səviyyədə icra etmək üçün təchiz olunub.
ABŞ “bağlıdır” deyir, İran isə gəmi keçirdiyini iddia edir
Proseslərin inkişafından məlum olur ki, ABŞ blokadanı yalnız İranı iqtisadi cəhətdən “boğmaq” üçün təşkil edib - Hörmüz boğazından digər ölkələrin (BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və s.) limanlarına gedən gəmilərin hərəkətinə maneə törədilmir, lakin onlar ciddi yoxlamalardan keçir. Bu, ABŞ-ın mövqeyidir.
Yayılan xəbərlər isə ABŞ-ın bu hədəsinin əbəs olduğunu göstərir - belə ki, Vaşinqtonun sanksiya siyahısında olan İranın supertankeri Hörmüz boğazından keçərək maneəsiz şəkildə ölkənin ərazi sularına daxil olub. 2 milyon barelə qədər neftdaşıma qabiliyyətinə malik olan “VLCC” sinfinə məxsus gəmi Vaşinqtonun məhdudiyyətlərinə və xəbərdarlıqlarına baxmayaraq, izləmə sistemini söndürmədən açıq şəkildə keçid edib.
“Fars” agentliyinin yaydığı məlumata görə, Tehran bu hadisəni ABŞ-ın İran limanlarına doğru gəmiçilik hərəkətlərini bloklamaq barədə bəyanatlarının uğursuzluğunun nümayişi kimi qiymətləndirib. Rəsmi dairələr tankerin sərbəst hərəkətini sanksiya rejiminin səmərəsizliyinin sübutu hesab edirlər.
Boğaz böhranı Çinə “uzansa”...
Beləliklə, ortaya sual çıxır - hazırda Hörmüz boğazı kimin nəzarətindədir? Ümumiyyətlə, hansısa bir dövlətin bu boğazı “şəxsi mülkü” elan etməsi nə dərəcədə həm qanunauyğun, həm də realdır? Ən əsası isə - niyə, Hörmüz bu qədər həyati əhəmiyyətlidir. Təhlil çevrəsini genişləndirsək, Hörmüzlə bağlı maraqlarını ifadə edən tərəflərin yalnız İran və ABŞ-dan ibarət olmadığını görərik - məsələyə Avropa İttifaqı, Çin, hətta Rusiya da “həssas” yanaşır. Bunun səbəbi isə tək neft daşınması deyil - ortada daha fərqli məntiq və ya ssenari ola bilər.
Bəlli olduğu kimi, aprelin 17-də İtaliyanın Baş naziri Giorgia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniya Kansleri Fridrix Mertsin Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün mümkün Avropa missiyasını müzakirə edəcəyi bildirilir. Bu barədə La Repubblica qəzeti məlumat verib. Qəzetin məlumatına görə, Paris görüşünün səbəbi Avropa liderlərini İranla bağlı mövqelərinə görə günahlandıran Trampla münaqişə səbəb olub.
CNN isə yazır ki, Hörmüz boğazını bağlamaqla ABŞ Çinin və Hindistanın İrana təzyiqinə nail olmaq niyyətindədir. “Bu əməliyyatın (ABŞ-ın Hörmüzü blokadaya alması) məqsədlərindən biri Tehranı danışıqlar masasına qayıtmağa məcbur etmək üçün Çin və Hindistan kimi İran nefti alan ölkələrə təzyiq göstərməkdir”, - kanal bildirib. Lakin qeyd edilir ki, Çin məsələsində ABŞ ciddi risk götürür, çünki ABŞ gəmiləri tərəfindən İran nefti daşıyan Çin tankerinin ələ keçirilməsi ABŞ Prezidentinin Pekində Çin Prezidenti ilə çoxdan gözlənilən görüşündən həftələr əvvəl diplomatik insidentə səbəb ola bilər. Başqa sözlə, Hörmüz yeni bir siyasi, iqtisadi və hətta hərbi böhrana yol aça bilər.
İran nefti yığmağa yer axtarır, ABŞ isə gündə 2 milyard dollar xərcləyir
Bəs bu blokada İrana necə təsir göstərir? “Reuters” FGE NexantECA konsaltinq şirkətinin hesablamalarına istinadən xəbər verib ki, İran ixrac olmadan 2 ay ərzində neft hasilatını hazırkı səviyyədə saxlamaq gücünə malikdir. Enerji və kimya sənayesində analitik və konsaltinq xidmətləri göstərən şirkətin qeydinə görə, “İran ixrac etmədən təxminən iki ay ərzində 3,5 milyon barel səviyyəsində hazırkı neft istehsalını qoruya və daha sonra təxminən 3 ay ərzində istehsalını gündə 500 min barel azalması şərti ilə saxlaya bilər”. “Financial Times”ın istinad etdiyi Fransanın ətraf mühit təşkilatı “Kayrros”-un məlumatlarına görə, İranın neft saxlama obyektləri 49 faiz boşdur.
Beləliklə, Trampın da bildirdiyi kimi “müharibə bitib”sə, demək blokada 5 ay sürsə belə, İranın rezervuarları istehsal olunan nefti qəbul etmək gücündədir.
Blokadanı 5 ay davam etdirmək ABŞ-a “sərf” edəcəkmi? Nümayəndələr Palatasının keçmiş üzvü Marcori Teylor-Qrinin hesablamalarına görə, ABŞ İranla münaqişəyə gündə təxminən 2 milyard dollar xərcləyir. “Biz əksər amerikalıların vergi ödədiyi və hökumətimizin İrandakı müharibəyə gündə təxminən 2 milyard dollar xərclədiyi günləri yaşayırıq. Amerikalılar hazırda yanacaqdoldurma məntəqəsində hər qallon (1 qallon təxminən 3,8 litrdir) yanacaq üçün orta hesabla 4 dollardan çox pul ödəyir - bunun qarşılığında isə bir çox amerikalı tibbi sığorta ala bilmir. Bu, baş verməməli idi”, - deyə o, “X”-da yazıb.
Enerji bazarı bu gün - sabah üçün ümid edilir...
Baş verənlər qlobal enerji bazarına böyük təsir göstərib. Neft ixracının 30 faizinə “mənsub” Hörmüzün bağlı qalması axınların pozulmasına səbəb olub - daşınmalarda 1 gündə təxminən 16 milyon barel kəsir var. Ekspertlərin hesablamalarına görə, qlobal dünya hazırki vəziyyətə 60 gün dözməyə hazır deyil. Ehtiyatların tükənmə sürətinin texniki həddi də məlum deyil - ümumilikdə, gündə 1-5 milyon barel təklif kəsiri yarana bilər. Bu isə bir çox dövlətləri, daha çox isə Avropanı narahat edir. Amma onlar ümidini tam kəsməyiblər - missiya yaratmaq təklifi də buradan qaynaqlanır. Avropalı ekspertlər yazır ki, normallaşma baş verməsə, neft qiymətləri 1 barel üçün 150-200 dollara qədər arta bilər.
Qazla bağlı vəziyyət də ürəkaçan deyil - xüsusən də mayeləşdirilmiş təbii qazla bağlı vəziyyət daha pisdir. Hörmüzün bağlanması ilə yanaşı, aparıcı istehsal infrastrukturuna da ziyan dəyib. Qətərdə yerləşən və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsal müəssisəsi sayılan zavodun 14 istehsalı xəttinin ikisi dağılma səbəbindən bağlanıb. Qətər artıq İtaliya, Belçika, Cənubi Koreya və Çinlə əsas müqavilələr üzrə fors-major vəziyyət elan edib. BƏƏ boğazlardan keçməyin mümkün olmaması səbəbindən Das adasında mayeləşdirilmiş təbii qaz ixracını faktiki olaraq dayandırır. İsrail öz yataqlarında istehsalı dayandırıb ki, bu da artıq Misirdə azot gübrəsi istehsalının bağlanmasına səbəb olub. Mayeləşdirilmiş təbii qaz tankerlərinin yükdaşıma tarifləri təxminən 600 faiz artıb, sığorta haqları isə gəminin dəyərinin 0,25 faizindən 3 faizə qədər artıb. Rəqəmlər vəziyyətin ciddiliyin açıq şəkildə ortaya qoyur. Belə bir vəziyyətdə, Hörmüzə kimin nəzarət etməsi heç nəyi dəyişmir - tam əksinə, nəzarət savaşı qlobal iflasa doğru aparır.
İran niyə Hörmüzü “özününkü” sayır?
Bir maraqlı məqam isə Hörmüzə “tarixi nəzarət funksiyası” müzakirəsidir. Əksər politoloqlar İran da daxil olmaqla bəzi dövlətlərin özünü “boğazın sahibi” elan etməsini düzgün hesab etmir. Hörmüz boğazı Ərəbistan dənizində Fars körfəzi ilə Oman körfəzini birləşdirən dar su yoludur. Təxminən 167 kilometr uzunluğundadır və ən dar nöqtəsi cəmi 39 kilometr enindədir. Müqayisə üçün, bu, ingilis kanalının eninin təxminən yarısı qədərdir. Ən əsası isə - boğaz heç bir dövlətə məxsus deyil. Şimal sahili İran, cənub sahili Birləşmiş Ərəb Əmirlikləri və Omanın yarım-eksklavı tərəfindən idarə olunur. Bu bölgü 1974-cü ildə bağlanmış müqavilə ilə müəyyən edilib. Lakin İran və Birləşmiş Ərəb Əmirlikləri arasında boğazdakı 3 kiçik adanın (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) mülkiyyəti ilə bağlı mübahisələr bir neçə onillikdir ki, davam edir.
Beynəlxalq hüquqi baxımdan əsas sənəd 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasıdır və bu konvensiya beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlarda tranzit keçidinin tətbiq olunduğunu müəyyən edir. Bu isə o deməkdir ki, bütün gəmilər və təyyarələr boğazdan maneəsiz tranzit keçidi hüququndan istifadə edirlər və bu hüquqa maneə törədilə, bu hüquq dayandırıla və ya xüsusilə birtərəfli şəkildə bağlana bilməz. Bu sistem xüsusilə hər hansı bir sahil dövlətinin həyati əhəmiyyətli qlobal ticarət yollarını bağlamasının qarşısını almaq üçün yaradılıb.
İran Hörmüzə sahib olmasını 1993-cü ildə qəbul olunmuş Fars körfəzi və Oman dənizinin dəniz əraziləri haqqında qanun ilə əsaslandırır. Qanuna görə, 12 dəniz mili daxilində Hörmüz boğazı İranın ərazi suları hesab olunur və ora açıq tranzit sayılmır. Yaxın Şərq qarşıdurması başlananda İranın Hörmüzü bağlaması da məhz bu qanunla “tənzimlənir” - tranzit keçidi heç bir halda dayandırıla bilməz, lakin sahil dövlətinin təhlükəsizliyinə təhdid yarandıqda və ya fövqəladə hallarda sahil su hissəsi sayılan keçid dayandırıla bilər...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

