“Qətnamələr toplusu”...
21.04.2026 [12:19]
Sülhə asi olanlar nədən narahatdırlar?
Belçika və Niderland səfirləri XİN-ə çağırıldılar...
Ölkəmizə qarşı illərdir aramsız və əsassız iddialar irəli sürən, beynəlxalq arenada Azərabycana qarşı kampaniyalar təşkil etmək istəyən qüvvələr Cənubi Qafqazda formalaşan yeni situasiya ilə razılaşmaq istəmir. Ötən ilin avqustundan başlanan sülh prosesindən “narahatlıq” keçirənlər yeni eskalasiyalar axtarışındadır - bu, həm də Azərbaycana qarşı qısqanc münasibətin təzavhürüdür. Ağlasığmaz və beynəlxalq hüquqa zidd addımlar atmaqla, qeyri-adekvat “qətnamələr” qəbul etməklə, hətta qondarma “Qarabağ qaçqınları” adı altında qeyri-etik çağırışlar etməklə, cinayətkarlara “haqq qazandırmaq” niyyətilə yalan təbliğatla özünü ortaya atır, ləğv edilmiş separatizmi dəstəkləyirlər.
İki “kağız parçası”: eyni koordinat, eyni məzmun...
Niderland və Belçika parlamentlərinin nümayəndələr palatalarının Azərbaycan əleyhinə “qətnamə” oyunu bunun bariz nümunəsidir. Qeyd edək ki, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.
Təəccüblü hal varmı? Oxşar məzmun, oxşar koordinat - 2020-ci il Vətən müharibəsindən sonra bu kimi hallara çox rast gəlinib. Hətta Niderlandda “bu tipdə”, “bu məzmunda” onlarla “qətnamə” qəbul ediblər. Nə dəyişib? Azərbaycan yenə də öz fəaliyətini davam etdirir. Müxtəlif cinayətlərdə təqsirli bilinən şəxslər Azərbaycan qanunvericiliyinin müvafiq bəndləri üzrə öz cəzalarını aldılar. O ki qaldı, “Qarabağ qaçqınları” məsələsinə, burada da onların oxu daşa dəyib. Ermənistanın baş naziri Nikol Paşinyan tək bu il ərzində dəfələrlə (eləcə də, Avropa Parlamentinin tribunasından) açıq şəkildə bəyan edib ki, “qaçqın məsələsi” adlı hal yoxdur. Könüllü şəkildə Qarabağı tərk edən erməniəsilli insanların hamısına Ermənistan pasportu veriləcək. Bu isə istər Niderland, istərsə də Belçika “parlamentinə” ən real cavabdır.
“Planlar”ı işə puç olur...
Digər bir məqam isə sülh prosesinin hədəfə alınmasıdır - son dövrlərdə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində real danışıqların aparılması, həmçinin regionda uzunmüddətli sülh müqaviləsinin imzalanmasına dair siyasi iradənin formalaşması Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir. Ötən ilin avqustundan bu yana ötən dövrdə Ermənistan Bakının irəli sürdüyü şərtlərin qəbul ediləcəyi ilə bağlı fikirlər səsləndirib. Konstitusiya dəyişikliyi, sərhədlərin müəyənləşdirilməsi kimi addımlar atılmaq üzrədir. Bu isə, Avropadakı erməni yandaşlarını və erməni lobbisini narahat edir. Belçika və Niderland parlamentlərinin “planları” isə etimad mühitini zəiflədən və tərəflər arasında mövcud konsensusun pozulması riskini artıran faktor kimi çıxış edir.
Bakının beynəlxalq mövqeyi güclənir...
Bu, həm də Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzundan irəli gələn narahatlıqdır. Adıçəkilən ölkələrin timsalında erməniləri dəstəkləyən qüvvələr və ya dövlətlər Bakının Şərq-Qərb siyasi-iqtisadi münasibətlər sisteminin formalaşmasında, Qlobal cənubun inkişafında, Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidinin təşkilində, Mərkəzi Asiya ilə Qərb arasında tranzit imkanlarının genişləndirilməsində, qlobal sülhün və təhlükəsizliyin təminatında iştirakından məyusdurlar - hər kəs görür ki, Bakı yeni nizamda aktiv formada yer alır. Azərbaycan əleyhinə birtərəfli və qərəzli qətnamələrin qəbul edilməsi isə geniş geosiyasi rəqabətin və informasiya mübarizəsinin tərkib hissəsidir. Xüsusilə Avropa dəyərlərini və balanslı yanaşmanı təmsil etməli olan iki ölkə parlamentində bu cür selektiv və mübahisəli sənədlərin dəstəklənməsi, artıq təkcə hüquqi və ya humanitar deyil, açıq şəkildə siyasi motivlərin üstünlük təşkil etdiyini göstərir.
Erməni işğalı barədə susanlar...
Bu parlamentlərin üzvləri arxada qalan 30 illik işğal dövründə bir dəfə də olsun Azərbaycan xalqına qarşı törədilən cinayətlər haqda danışmayıblar, onu görməzdən gəliblər. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, bu isə ölkə ərazisinin 13 faizini təşkil edir. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Bu gün günahsız insanlar mina qurbanı olur. Ermənilər ötən 30 il ərzində tariximizi saxtalaşdırmağa, Azərbaycanın tarixi torpaqlarından izimizi silməyə çalışbılar. Tarixi abidələryimiz məhv edilib, məscidlərimiz, dini inanc yerlərimiz təhqir olunub. Amma bir dəfə də olsun bu dövlətlər baş verənlərlə bağlı bəyanat səsləndirməyiblər - indi isə cinayətkarlara haqq qazandırmağa, bölgədəki sülh prosesinə kölgə salmağa niyyətləniblər.
Neokolonialistlərin “erməni sevgisi”...
Maraqlıdır ki, adıçəkilən hər iki ölkə tarixin əksər dönəmində soyqrımı, kolonializm siyasəti yürütməyi ilə seçilib -1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasət yerli xalqların dilini, dinini, mədəniyyətini, irqini yer üzündən silməyə yönəlmişdi. Kolonial dövrün acı irsi Afrika ölkələrində hələ də davam edir. Həmin xalqlar Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Belçika parlamentariləri Belçikanın müstəmləkə keçmişi və qarışıq irqdən olan şəxslərə və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış etsələr, daha məqsədə uyğun olar...
Səfirlərə xəbərdarlıq...
XİN-in məlumatına görə, aprelin 20-də Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Görüşlərdə aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz ifadə edilib. Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib olunduğu, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Parlament qərarlarında yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.
Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, həmçinin Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməniəsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.
Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.
Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

