Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

Çin XİN: Pekin İran və ABŞ arasında barışığa töhfə vermək niyyətindədir

20.04.2026 [21:10]

Pekin İran-ABŞ münaqişəsinin qarşısının alınmasında və müharibə edən tərəflər arasında barışığın təşviq edilməsində konstruktiv rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “Pekin münaqişə tərəfləri arasında əldə olunan atəşkəs rejiminin impulsunu qorumağa və danışıqları irəli aparmağa yönələn səyləri dəstəkləyir. Çin gərginliyin azaldılmasında və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaqda konstruktiv rolunu davam edəcək”, - deyə Qo Tszyakun bildirib.

XİN nümayəndəsinin sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arası mərhələdədir” və barışıq üçün “fürsət pəncərəsi” artıq açıldığı üçün müharibənin tez bir zamanda bitməsinə əlverişli şərait yaradılmalıdır.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30