Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xatirələrdən gerçəkliyə dönüş

Xatirələrdən gerçəkliyə dönüş

22.04.2026 [08:32]

Ağdamda yeni başlanğıclar...

Uzun illər boyu kimsəsiz qalan Ağdam küçələri bu gün yenidən nəfəs alır. Dağıntılar arasında həyatın cücərməsi bir zamanlar yalnız xatirələrdə yaşayan səslərin - uşaq gülüşlərinin, həyət söhbətlərinin, bayram təlaşının gerçəkliyə çevrilməsi deməkdir. Bu da Ağdamın taleyində yeni bir mərhələnin başlandığını göstərir.

İnsanların doğma yurdlarına qayıdışı yalnız fiziki bərpa prosesi ilə məhdudlaşmır. Eyni zamanda, mənəvi dirçəlişin, milli ruhun yenidən alovlanmasının bariz nümunəsinə çevrilir. Bu prosesdə hər bir fərdin hekayəsi bütöv bir xalqın iradəsinin, səbrinin və inamının canlı sübutu kimi ortaya çıxır.

Bəşəriyyətə qarşı ən dəhşətli cinayət...

1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla, rayonun böyük hissəsi ermənilər tərəfindən işğal edilmişdi. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayonlardan biri məhz Ağdam oldu. 1993-cü il iyul ayının 23-də isə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal olundu. Həmin hücum nəticəsində rayonun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri qəsb edildi, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan insanları vəhşicəsinə qətlə yetirərək bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər.

Ağdam bir güllə atılmadan azad edildi

27 il davam edən işğala 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən, noyabrın 20-də Ağdam rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi uğurun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Daha 92 ailə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dünən növbəti köç karvanı Ağdam şəhərinə yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülüb.

Ağdama atılan hər addım, tikilən hər ev, əkilən hər ağac bir mesaj verir: zaman nə qədər keçsə də, torpaq öz sahiblərini unutmur. Nəhayət, həmin sahiblər qayıdanda keçmişlə gələcəyin kəsişdiyi nöqtədə yeni bir həyatın təməli qoyulur. Bu həyat isə artıq yalnız xatirələr üzərində deyil, real və davamlı bir gələcək üzərində qurulur...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30