“Rəqəmsal pul” və qızıl bazarında yenidən canlanma
24.04.2026 [10:17]
“Bitcoin” kəskin ucuzlaşmadan sonra rekord dəyər qazanmaqdadır
İran və ABŞ arasında baş verən münaqişə fonunda fevral ayının sonlarından qiymətində kəskin eniş nümayiş etdirən “Bitcoin” aprelin əvvəlində atəşkəs razılaşmasından sonra yenidən dəyər qazanmağa başladı. Mart ayında 65 min dollara qədər ucuzlaşan bu rəqəmsal valyuta son 10 gündə tədrici artımlarla 72 min dollara qədər yüksəliş əldə etmişdi. Aprelin 20-də isə dünyanın ən böyük kriptovalyutası daha da artım nümayiş etdirərək 78 min dollara yaxınlaşıb. Belə ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti cəmi bir neçə saatda 77 min 951 dollarda qərarlaşıb.
Qlobal bazar tədqiqatçıları bazarda müşahidə olunan artımı ABŞ-İran razılaşması fonunda bazarlarda risk ehtimalının azalması və investorların inamının artması ilə əlaqələndirilər. Bu amillər son 10 gündə qlobal səhmdarların risk təhdini azaltmaqla, investorların kriptovalyutalara marağının artması ilə müşahidə olunur və nəticədə “Bitcoin” lider virtual pul kimi bazarda yenidən dominantlığını qorumaqdadır.
İnvestorlar nikbindir: “Bitcoin” 140 min dollara yüksələcək
Qeyd edək ki, “Bitcoin” qlobal maliyyə sektorunda qızıldan sonra ən çox birja dəyəri nümayiş etdirən və investorların marağında olan aktivdir. Son 2 ildə “Bitcoin”in qiyməti 3,5 dəfədən çox bahalaşaraq yanvarın sonlarında 105 min dollara qədər yüksəlib, dövriyyədəki ümumi dəyəri isə 2 trilyon dolları ötüb.
“Bitcoin”in dəyəri bir neçə amillə bağlıdır, burada real bazar prosesləri ilə yanaşı, spekulyativ simulyasiyalar da xüsusi rol oynayır. İlk növbədə, bu rəqəmsal valyutanın dəyərinə təsir edən mühüm amillərdən biri dolların dəyərindəki dəyişikliklərdir. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. Bu nöqteyi-nəzərdən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) yürütdüyü siyasət kriptovalyutanın dəyərinə təsir edir.
Tanınmış bazar tədqiqat institutu - “Bitget Research” şirkətinin aparıcı analitiki Rayan Linin fikrincə, “Bitcoin”in qlobal münaqişələr səbəbindən ucuzlaşması müvəqqəti xarakter daşıyır. Ekspert bildirib ki, indi əsas diqqət ABŞ-da pul siyasətinin gələcəyinə və FES-in əsas faiz dərəcəsini artırmasına yönəlib. Əgər investorlar növbəti 6 ay ərzində pul siyasətinin yumşaldılması siqnalı alsalar, kapitalın riskli aktivlərə qayıdacağını gözləməyə dəyər. Belə ki, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin aradan qalxması fonunda investorların yeni realizasiyası baş verə bilər ki, bu da “Bitcoin”in 110 min dollara qədər bahalaşmasına gətirib çıxaracaq. Ardınca qiymətli kriptopul 2026-cı ilin ikinci rübündə daha 10 min dəyər qazanmaqla birjalarda 120 min-125 min dollar arasında satıla bilər. 2026-cı ilin ikinci yarısında isə “Bitcoin”in gözlənilməz rekordu təzələyə, 140 min dollara çatması gözlənilir.
Qızılın qiyməti dəyişsə də...
Qlobal geosiyasi amillər və ABŞ-ın birinci rübdə nümayiş etdiridiyi makroiqtisadi göstəricilər öz siqnallarını digər bazar alətlərinə, o cümlədən ən dəyərli maliyyə aktivi olan qızıla da ötürməkdədir. Sarı metalın unsiyası son bir ayda müxtəlif fraqmentasiyalar üzrə dəyişkənlik əks etdirir. Qızıl gah bahalaşır, gah da ucuzlaşır. Belə ki, 2 gün əvvəl əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin dəyəri artaraq 4879-a yüksəlsə də, aprelin 20-də Nyu-Yorkun “COMEX” əmtəə birjasında 70,3 dollar azalaraq 4809,3 dollar təşkil edib.
Bazar tədqiqatçıları qızılın və digər aktivlərin dəyərindəki ucuzlaşmanı Yaxın Şərqdəki münaqişə riskləri ilə yanaşı, digər geoiqtisadi pozulmalardan da qaynaqlandığını istisna etmirlər. Belə ki, ABŞ-Çin münasibətlərində ticarət və texnologiya sahəsində davam edən gərginlik qlobal iqtisadi artım perspektivlərinə dair narahatlıqları artırdığından investorların yeni sərmayə həvəsi məhdudlaşıb. Bu gərginlik xüsusilə Asiya bazarlarında və texnologiya sektorunda, ticarətdə qırılmalara səbəb olub. Eləcə də ABŞ və Avropa arasında siyasi gərginliyin artması investorların risk qiymətləndirmələrini yenidən sərtləşdirib.
“Wells Fargo” - sarı metalın 8400 dollara çatması istisna deyil
Ancaq buna baxmayaraq, “Bitcoin” kimi qızılın da qlobal investisiya bazarında dəyərli alət kimi qiymətinin artacağına dair ehtimallar daha çoxdur. ABŞ-ın ən böyük maliyyə nəhənglərindən biri olan “Wells Fargo”nun ekspertlərinin qənaətinə görə, qızıl qiymətlərində hansısa qısa dövrdə ucuzlaşma müvəqqətidir, bu metalın dəyəri ilin sonunda və növbəti dövrlərdə artmağa doğru istiqamətlənəcək. Hətta qızılın bir unsiyasının 8000-8400 dollar aralığınadək yüksəlməsi istisna edilmir. Ekspertlər öz ehtimallarını 3 arqumentin üzərində əsaslandırırlar. Birincisi, təklif çatışmazlığı və hasilat problemləridir. Belə ki, yeni qızıl yataqlarının tapılması prosesi rekord dərəcədə azalır və mövcud olan qızıl mədənlərində isə xərcləri artır, eləcə də yerin altından qızıl çıxarmaq getdikcə çətinləşir. Bazar tələbi artarkən, təklifin sabit qalması qiyməti yuxarı çəkir. İkinci amil, əksər ölkələrin Mərkəzi banklarının və suveren fondlarının kəskin qızıl yığımlarıdır. Xüsusilə inkişaf etməkdə olan ölkələrin bankları (Çin, Hindistan, Türkiyə və s.) dollar asılılığını azaltmaq üçün kütləvi şəkildə qızıl yığırlar. Bu, bazarda daimi və güclü bir alıcı bazası yaradır. Üçüncü amil isə qlobal borc və inflyasiya qorxusudur. Dünyada dövlət borclarının idarəolunmaz həddə çatması investorları kağız pullara qarşı ehtiyatlı olmağa və dayanıqlı dəyər aləti olan qızıla yönəlməyə məcbur edir.
Məhz bu amillər növbəti illərdə qızılın orta illik gəlirliliyinin hər il 20 faiz artacağına dair proqnozları artırmaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22

