Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib

Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib

23.04.2026 [18:22]

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, birinci rübdə mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat gəlir əldə edilib, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub.

Sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 1 milyard 400,5 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30