Şəmkirdə “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi təşkil olunub
24.04.2026 [17:05]
Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Qazax–Tovuz regionu üzrə regional mərhələsi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi rəhbərliyi, eləcə də yerli həmkarlar təşkilatının sədirləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında yarış iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
İcra başçısı bildirib ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu cür olimpiadaların şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin belə yarışların şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gələcək uğurlar üçün möhkəm zəmin yaratdığına diqqət çəkib.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov isə çıxışında olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, tədbirin istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla sualları cavablandırıblar.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Gədəbəy komandası birinci yerə layiq görülüb.
Qalib komanda may ayında keçiriləcək final mərhələsində regionumuzu təmsil etmək hüququ qazanıb.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37

