Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib

DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib

27.04.2026 [10:49]

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələri ilə bağlı müraciət edib.

İdarədən verilən məlumata görə, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: "Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır".

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30