Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Londonda yəhudi icmasına məxsus obyektlərə hücumlarla bağlı daha bir nəfər saxlanılıb

Londonda yəhudi icmasına məxsus obyektlərə hücumlarla bağlı daha bir nəfər saxlanılıb

27.04.2026 [22:14]

Böyük Britaniyanın paytaxtı Londonda yəhudi icmasına məxsus obyektlərə silsilə hücumlarla bağlı aparılan istintaq çərçivəsində 37 yaşlı bir nəfər də saxlanılıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, polisin məlumatına görə, şübhəli şəxs terror aktlarının hazırlanmasında iştirak etməkdə şübhəli bilinərək Devon qraflığının Barnstapl şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı tutulub.

Polis bildirir ki, mart ayının sonlarından etibarən baş verən bu hücumlarla əlaqədar ümumilikdə 26 nəfər saxlanılıb.

Xatırladaq ki, hücumlar arasında Londonun şimal-qərbində yerləşən Golders Qrin bölgəsində yəhudi icmasına məxsus təcili yardım maşınlarının yandırılması, sinaqoqa və keçmiş yəhudi xeyriyyə təşkilatına qarşı hücumlar, eləcə də İsrail səfirliyi yaxınlığında pilotsuz uçuş aparatının uçurulması halları yer alır.

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30