Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / bp-nin mənfəəti 129 faizədək artıb

bp-nin mənfəəti 129 faizədək artıb

29.04.2026 [15:23]

Cari ilin birinci rübündə bp şirkətinin mənfəəti artıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, hesabat dövründə şirkətin mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə 128,6 faiz artaraq 3,2 milyard dollara çatıb. Şirkət keçən ilin ilk rübündə 1,4 milyard dollar, ötən ilin dördüncü rübündə isə 1,5 milyard dollar mənfəət əldə etmişdi.

bp-nin kəşfiyyat və istehsal əməliyyatlarında obyektlərin etibarlılığı ilin birinci rübündə 95,7 faizə yüksəlib və hasilat isə əsasən sabit qalıb. Şirkətin münaqişə və qeyri-müəyyənliyin artdığı bir dövrdə fəaliyyət göstərdiyi, fasiləsiz enerji təchizatının qorunmasında mühüm rol oynadığı, obyektlərin yüksək etibarlılığı və neft emalı zavodlarının davamlılığı sayəsində davam edən fasilələrə baxmayaraq, ümumi istehsalı tarazlaşdırdığı bildirilib. bp-nin əməliyyat tullantılarını 2019-cu il səviyyəsi ilə müqayisədə 37 faiz azaltdığı qeyd edilib.

Analitiklərin fikrincə, bp-nin mənfəətinin artmasına Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazının bağlanması fonunda neft qiymətlərinin yüksəlməsi səbəb olub.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30