Eçmiədzin Kilsəsinin yalanı...
29.04.2026 [10:12]
Ermənistan 30 illik işğal siyasəti dövründə Azərbaycanın tarixi, mədəni və dini irsinə qarşı vandalizm həyata keçirib. Buna paralel olaraq isə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq müxtəlif tikinti işləri aparıb. Belə tikililər Xankəndi şəhərində də inşa edilib.Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ermənilərin qanunsuz əməllərinin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.Lakin erməni tərəfi dövlətimizin qanuni fəaliyyətini ləkələmək üçün əsassız hay-küy qaldırıb. Onlar beynəlxalq ictimai rəydə guya Azərbaycanın Qarabağda “erməni irsini məhv etməsi” ilə bağlı qara piar aparırlar. Eçmiədzin Kilsəsinin aprelin 23-də yaydığı bəyanat da bunun göstəricisidir.
QMİ: Eçmiədzin Kilsəsinin bəyanatı düşmənçiliyin təzahürüdür
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə Eçmiədzin Kilsəsinin iddialarına cavab verib. QMİ-nin bəyanatında bildirilib ki, Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin Kilsəsinin 23 aprel tarixli bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür. QMİ bəyan edib ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalan Eçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən bir həssas dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə atılan bir uğursuz cəhddir: “Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşa edilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəni irsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütün bu müddət ərzində mövcud vəziyyətdə saxlayıb. Bununla belə, son aylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmiş məcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsinə dair dəfələrlə dövlət orqanlarına və yerli məhkəmələrə müraciət ediblər. Məlumdur ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçı dövlətin hesabına sökülməlidir. Məhz bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas var”.
Azərbaycan tolerant ölkədir
Qeyd olunub ki, Azərbaycan məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini və bütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayiş etdirib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzin tərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir. Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə və bölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasına yönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır.
Qafqaz Müsəlmanları İdarəsinin bəyanatından da göründüyü kimi, Azərbaycan hər hansı qanuni tikililərə zərər yetirməyib. Ermənilər isə vaxtilə işğal olunmuş ərazilərimizlə yanaşı indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus olan mədəni, tarixi və dini abidələri məhv edib. Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyət təşkil etdikləri indiki Ermənistandan tamamilə qovulublar. Bundan sonra sözügedən dağıntılar daha kütləvi hal alıb. Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə məqsədli şəkildə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla məhv edib. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, işğal zamanı və ondan sonrakı dövrdə baş verib. Yəni, Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin “hərəkətverici qüvvəsi” Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.
Təpəbaşı məhəlləsi nadir tarixi nümunədir
Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir.
İrəvan şəhərinin Təpəbaşı məhəlləsi də şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edir.
Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalıb. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. Eçmiədzin kilsəsi qərəzli bəyanatlar səsləndirmək əvəzinə, bütün bunlara cavab versə yaxşı olar. Amma yəqin ki, kilsə tarixi həqiqətlərin qarşısında susmaqla kifayətlənəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

