UNICEF: Əfqanıstan 25 mindən çox qadın pedaqoqu və səhiyyə işçisini itirə bilər
28.04.2026 [21:50]
BMT-nin Uşaq Fondu (UNICEF) çərşənbə axşamı xəbərdarlıq edib ki, Əfqanıstanda qızların təhsili və qadınların məşğulluğuna qoyulan məhdudiyyətlər ölkədə 2030-cu ilə qədər 25 mindən çox qadın müəllim və səhiyyə işçisi çatışmazlığı yarada bilər.
AZƏRTAC UNICEF-in məlumatına istinadla xəbər verir ki, böhran uşaqları təhsildən və səhiyyə xidmətlərindən məhrum etməklə yanaşı, Əfqanıstan iqtisadiyyatını və təlim keçmiş qadın mütəxəssislərdən asılı olan vacib xidmətləri zəiflədir.
UNICEF-in “Əfqanıstanda qızların təhsili və qadınların işçi qüvvəsində iştirakı ilə bağlı fəaliyyətsizliyin nəticələri” adlı hesabatına görə, 2023-2025-ci illər arasında dövlət qulluğunda qadınların təmsilçiliyi 21 faizdən 17,7 faizə düşüb.
Taliban hakimiyyətinin 2021-ci ilin sentyabr ayında qızların orta təhsil almasını qadağan etməsi bir milyondan çox qıza təsir edib. Bu qərar 2030-cu ilə qədər qüvvədə qalarsa, dünyada qadınların savadlılıq səviyyəsinin ən aşağı olduğu ölkələrdən birinə sahib olan Əfqanıstanda iki milyondan çox qız ibtidai məktəbdən kənar təhsildən məhrum olacaq.
UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib: “Əfqanıstan gələcəkdə vacib xidmətləri təmin edən müəllimləri, tibb bacılarını, həkimləri və sosial işçiləri itirməyə dözə bilməz. Qızların təhsildən kənarlaşdırılması davam edərsə, bu, reallıq olacaq. Biz hakimiyyəti qızlar üçün orta təhsilə qoyulan qadağanı ləğv etməyə və beynəlxalq ictimaiyyəti onların təhsil hüquqlarını dəstəkləməyə sadiq qalmağa çağırırıq”.
Hesabatda deyilir ki, Əfqanıstan ikili böhranla üzləşir: təlim keçmiş qadın mütəxəssisləri itirməklə yanaşı, onları əvəz edən növbəti nəslin qarşısı alınır. Aparılan təhlilə görə, 2030-cu ilə qədər ölkə 20 minə qədər qadın müəllimi və 5.400 səhiyyə işçisini itirə bilər. Təhsil sektoru artıq bu siyasətin təsirini hiss edir. İbtidai təhsildə qadın müəllimlərin sayı doqquz faizdən çox azalaraq 2022-ci ildəki təxminən 73 mindən 2024-cü ildə təqribən 66 minə düşüb.
Qızların və qadınların təhsilinə və əmək fəaliyyətinə qoyulan məhdudiyyətlər Əfqanıstana hər il 84 milyon dollarlıq iqtisadi məhsul itkisinə səbəb olur. Bu itkilərin artacağı gözlənilir.
UNICEF Əfqanıstanda təhsili dəstəkləməyə davam edir. 2025-ci ildə dövlət məktəblərində 3,7 milyondan çox uşaq yardım alıb, 442 min məktəbli, o cümlədən onların 66 faizini təşkil edən qızlar icma əsaslı təlim təşəbbüslərindən faydalanıb. Fond, həmçinin bu ölkədə 232 məktəb tikib və ya təmir edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

