Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uşaqlarda DEHB-ni diaqnoz qoyulmazdan illər əvvəl aşkar etmək mümkün olub

Uşaqlarda DEHB-ni diaqnoz qoyulmazdan illər əvvəl aşkar etmək mümkün olub

05.05.2026 [14:22]

Süni intellektin alqoritmi uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DEHB) inkişafını diaqnoz qoyulmazdan bir neçə il əvvəl proqnozlaşdırmağa imkan verir. Dyuk Universitetinin Tibb Məktəbinin tədqiqatçıları bu nəticəyə gəliblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Nature Mental Health” jurnalında dərc olunub.

Metod uşağın doğulduğu andan etibarən sağlamlığı ilə bağlı məlumatları, yəni inkişaf, davranış, yuxu, təyinatlar və mütəxəssislərə müraciətləri əks etdirən elektron tibbi kartların təhlilinə əsaslanır. Alimlər müəyyən ediblər ki, bu qeydlərdə diaqnoz qoyulmazdan xeyli əvvəl DEHB-nin gələcək inkişafı ilə əlaqəli sabit əlamət kombinasiyaları formalaşır.

Həkimlərə məlumdur ki, DEHB diqqətsizlik, hiperaktivlik və impulsivliklə özünü göstərir və gündəlik həyata mane olur. Lakin çox vaxt müayinələr yalnız problemlər məktəbdə nəzərə çarpmağa başlayanda başlanır. Yeni yanaşma riskləri xeyli daha erkən mərhələdə müəyyən etməyə imkan verir.

Modelin yaradılması üçün tədqiqatçılar alqoritmi 720 mindən çox pasiyentin məlumatları əsasında öyrədiblər, daha sonra isə onu tibbi qeydləri doqquz yaşadək izlənilmiş 140 min uşaqdan ibarət seçmə nümunə üzərində sınaqdan keçiriblər. Beş yaşına qədər sistem növbəti dörd il ərzində diaqnoz qoyulması ehtimalını xüsusi qiymətləndirmə şkalası üzrə təxminən 0,92 dəqiqliklə proqnozlaşdıra bilib.

Model üçün ən əhəmiyyətli siqnallar erkən inkişaf xüsusiyyətləri – nitq gecikmələri, öyrənmə çətinlikləri, emosional və davranış pozuntuları olub.

Tədqiqatçıların fikrincə, risklərin erkən müəyyən edilməsi vaxtında dəstək tədbirlərinin tətbiq edilməsinə imkan verəcək. Bununla yanaşı, texnologiyanın tətbiqindən əvvəl onun dəqiqliyinin və müxtəlif pasiyent qrupları üçün eyni dərəcədə effektivliyinin təsdiqi məqsədilə əlavə yoxlamalara ehtiyac var.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31