TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq
09.05.2026 [13:49]
Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Bu barədə AZƏRTAC-a TDT-dən bildirilib.
Məlumatda qeyd edilib ki, Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunu əhatə edəcək.
Təşkilata üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirəcək görüş sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Zirvə görüşündə, həmçinin təşkilatın Ağsaqqallar Şurası və türk əməkdaşlıq təşkilatlarının üzvləri də iştirak edəcəklər.
Qeyri-rəsmi toplantı, süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türkdilli dövlətlər arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı da keçiriləcək.
“Zirvənin Türk dünyasının mənəvi paytaxtı Türkistanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir”, - məlumatda bildirilir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

