CƏNUBİ QAFQAZDA SÜLH ARTIQ REALLIQDIR
11.05.2026 [12:13]
Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq platformalardan, qlobal və regional təşkilatların tribunalarından və mühüm tədbirlərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün istifadə edib. Etiraf edək ki, bu proses müəyyən obyektiv (müstəqilliyin ilk iki ilinin ölkədaxili problemlərdə itirilməsi, o zamana qədər isə anti-Azərbaycan şəbəkənin qlobal informasiya məkanını ölkəmiz əleyhinə saxta informasiyalarla doldurması və s.) və subyektiv səbəblərdən (erməni lobbisinin və havadarlarının ciddi müqaviməti, beynəlxalq təşkilatlarda və iri dövlətlərdə həqiqətlər bilinsə belə, Azərbaycana qarşı məqsədli qarayaxmalar və s.) bir qədər ləng başlasa da, son nəticədə məqsədinə nail oldu. Çünki son anadək bu proses uğurla davam etdirildi (44 günlük müharibə zamanı Prezident İlham Əliyevin dünyada tanınmış informasiya resurslarına verdiyi müsahibələri xatırlamaq kifayətdri) və hazırda da dövlət səviyyəsində Azərbaycan bu məsələni daim diqqətdə saxlamaqdadır.
Bu baxımdan cəmi dörd ildir mövcud olan Avropa Siyasi Birliyi son illərin uğurlu platformalarından biri sayıla bilər. ASB ideyası Avropa İttifaqı ilə onun hüdudlarından kənarda olan ölkələr arasında, xüsusən də Ukraynada davam edən müharibə kimi geosiyasi böhranlar kontekstində siyasi dialoqun dərinləşdirilməsi zərurəti kontekstində ortaya çıxıb. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi təcavüzü Avropa dəyərlərini paylaşan, lakin Aİ və ya NATO üzvü olmayan ölkələr arasında koordinasiya problemini üzə çıxardı. Nəticədə ASB təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Aİ daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təmin edən, institusional inteqrasiyanı nəzərdə tutmayan hökumətlərarası platforma kimi yarandı. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsində təhlükəsizliyi, sabitliyi və rifahı qoruyaraq gücləndirməkdir.
Hazırda 27 Aİ ölkəsinin və Aİ-dən kənarda olan, demək olar ki, bütün Avropa ölkələrinin daxil olduğu ASB ilə bağlı ideya ilk dəfə 2022-ci il mayın 9-da Strasburqda Avropa Parlamentində müzakirə və elan edilmiş, qurumun ilk sammiti 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmişdir. Xatırladaq ki, 44 Avropa lideri qatıldığı, Azərbaycan liderinin iştirak etmədiyi Praqa sammitində Ermənistan ilk dəfə baş nazir Nikol Paşinyanın səsləndirdiyi müvafiq fikirlərlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi.
Prezident İlham Əliyev sonrakı zirvə toplantılarından 1-ci (Çexiya, oktyabr 2022) 2-ci (Moldova, iyun 2023), 4-cü (Böyük Britaniya, iyul 2024), 6-cı (Albaniya, may 2025) və 7-ci (Danimarka, oktyabr 2025) görüşlərdə iştirak etmişdir. Dövlət başçımız 3-cü (İspaniya, oktyabr 2023) zirvə toplantısında Ermənistanla danışıqlara Fransa və Almaniyanın vasitəçiliyi qarşısında Türkiyənin də iştirak etməsi tələbi qəbul edilmədiyindən və 5-ci (Macarıstan, noyabr 2024) zirvə toplantısında iş qrafikinin gərginliyinə görə iştirak etməyib. Başqa sözlə, Azərbaycan lideri ASB platformasından fəal şəkildə istifadə edir. Belə ki, hətta Prezident İlham Əliyevin 3-cü toplantıda iştirakdan imtina etməsi belə Ermənistanla danışıqlar məsələsində ölkəmizin mövqeyinin möhkəmlənməsi və beynəlxalq icma tərəfindən daha yaxşı başa düşülməsi və qəbul edilməsi ilə nəticələnmişdi.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 4-də ASB-nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatındakı çıxışı uğurlu bir diplomatik gediş oldu. Öz çıxışında Cənubi Qafqazın yeni reallıqlarını dünyaya bəyan edən, eyni zamanda bəzi Avropa təsisatlarının gündəlik iş rejiminin mahiyyətinə çevrilmiş ikili standartalara və ziddiyyətli yanaşmaları əsaslanan siyasətini ifşa edən, qalib dövlətin informasiya sahəsində də müharibədəki zəfərinin ifadəsi olan qətiyyətli bir manifestdir.
Prezidentin çıxışında ən mühüm siyasi mesaj sülhün artıq bir arzu deyil, mövcud fakt olmasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanmasından sonra sülh prosesi danışıqlar masasından və kağız üzərindən əməli müstəviyə keçmişdir. Prezident İlham Əliyev keçmiş münaqişə dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsində göstərdiyi ardıcıl mövqeyi və qətiyyəti indi də eynilə regionda sülhün bərqərar olması üçün nümayiş etdirir. Elə bunun göstəricisidir ki, Albaniyanın paytaxtı Tiranada ötən ilin mayında keçirilən 3-cü Zirvə toplantısında siasi liderlərin 8-ci toplantsının Ermənistanda keçirilməsinə dəstək ifadə edib və qarşılığında erməni tərəf də 2028-ci ilin mayında müvafiq tədbirin Azərbaycanda təşkili təklifinə müsbət yanaşıb. Başqa sözlə, ASB-nin 2026-cı il üçün Zirvə görüşünün Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçirilməsinin qarşılıqlı dəstəklənməsi “sülh şəraitində yaşamağı öyrənmək” təcrübəsinin möhkəmlənməsi istiqamətində daha bir addımdır. Azərbaycan Prezidenti öz çıxışında bunu sülhün faktiki mövcudluğu kimi qiymətləndirdi: “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.
Azərbaycanın öz ənənəvi ləyaqətli davranış siyasətinə sadiq qalaraq Ermənistana tətbiq edilən tranzit məhdudiyyətlərini birtərəfli qaydada qaldırması, nəticədə artıq Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün çatdırıması və Azərbaycan istehsalı olan 12 min ton benzin və dizelin birbaşa tədarük edilməsi ticari münasibətlərin və iqtisadi asılılığın məhz sülh üçün bir zəmanət kimi istifadə edildiyini göstərir. Digər tərəfdən Azərbaycanın əsas ərazisi ilə onun tərkibindəki Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat kommunikasiylarına münasibətdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” ifadəsinin istifadəsi layihənin təkcə regional deyil, ABŞ faktorunun təsiri altında qlobal geosiyasi dəstəyə malik olduğunu göstərir. Bu marşrut ölkəmizin ərazilərini birləşdirməklə yanaşı, Ermənistanın da beynəlxalq logistik zəncirə – Orta Dəhlizə inteqrasiyasını nəzərdə tutur. Prezident bu bağlantını sülh sahəsində “digər nailiyyət” kimi qiymətləndirərək qeyd etdi ki, “Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”.
Dövlət başçımız Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etsə də, ikili standartları özünün iş prinsipinə çevirmiş Avropa təsisatlarını, xüsusən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını açıq mətnlə və haqlı olaraq sərt tənqid etdi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA tərəfindən sanksiyaya məruz qalması bu qurumun ikili standartları özünün iş təlimatı kimi istifadə etdiyinin açıq göstəricisidir. Bu baxımdan, Azərbaycanın 2001-ci ilin yanvar ayından üzvü olduğu AŞPA-da 2024-cü ilin yanvarınadək ölkəmizə qarşı məhdudiyyətlərin heç vaxt tətbiq edilmədiyi halda, 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda çox uğurlu bir günlük lokal antiterror əməliyyatından sonra anti-Azərbaycan mövqeyin güclənməsi təsadüfi sayıla bilməz. Prezident İlham Əliyev bu qurumun ikiüzlü və ədalətsiz mövqeyini sərrast fikirlərlə işfa etdi: “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Prezident İlham Əliyev Avropa Parlamentinin fəaliyyətinin bütün siyasi, sülhpərvər, etik, diplomatik sərhədləri aşdığını nəzərdə tutaraq, son 5 ildə təhqir və yalanlarla doğlu 14 anti-Azərbaycan qətnamə qəbul edilməsini də “aludəçilik” kimi xarakterizə etdi: “Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”. Başqa sözlə, Avropada mövcud olan fundamental problemlər çoxluğunu kənara itələyərək, ölkəmizə qarşı bu qədər ikrah doğuran “fəallıq” göstərməsi Azərbaycan üçün bu qurumla mövcud şəraitdə əməkdaşlığın davam etdirilməsinin tamamilə mənasız olduğu təsəvvürünü formalaşdırır. Elə buna görə də bir neçə gün əvvəl, mayın 1-də bu qurumla bütün əməkdaşlığı dayandırması: Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərarın qəbul edilməsi ölkəmizin milli suverenlik məsələlərində heç bir təzyiqi qəbul etməyəcəyinin nümayişidir.
Beləliklə, Prezident İlham Əliyevin ASB-nin sonuncu Zirvə görüşündəki çıxışının tonu Azərbaycanın artıq diktə olunan tərəf deyil, şərtləri müəyyən edən və öz haqlı mövqeyini açıq şəkildə müdafiə edən bir güc olduğunu göstərir. Prezident vurğuladı ki, Azərbaycan beynəlxalq birliyin 30 il ədalətin bərpası üçün edə bilmədiyini özünün təkbaşına etdiyi üçün cəzalandırılmasının qəbulolunmaz olduğunu vurğulamaqla, bir daha regiondakı proseslərdə ölkəmizin aparıcı rol oynadığını diqqətə çatdırdı. Bu baxımdan videobağlantı vasitəsilə bütün Avropa liderlərinə baş verən manipulyasiyalar barədə birbaşa məlumat vermək uğurlu diplomatik hücum taktikası kimi faydalı oldu.
Nəticədə, Azərbaycan lideri bir tərəfdən Ermənistana – biz sülhə sadiqik və iqtisadi dividendləri bölüşməyə hazırıq – mesajını verir, digər tərəfdən, Cənubi Qafqazdakı sülh prosesinə qeyri-adekvat davranan Avropa Parlamentinə və AŞPA-ya – Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranın; daxili işlərimizə müdaxilə və separatçılığa dəstək əməkdaşlığın sonu deməkdir – kimi ciddi xəbərdarlıq edir, nəhayət, beynəlxalq icmaya – Cənubi Qafqazda sülh artıq reallıqdır – ifadəsinin regionun bundan sonrakı yeganə seçimi və sülhə maneə olmaq istəyən bütün tərəflərin səylərinin iflasa məhkum olduğunu bəyan edir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

