Azərbaycan–İtaliya münasibətlərində yeni mərhələ
11.05.2026 [14:16]
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Bu səfər yalnız diplomatik protokol xarakteri daşımırdı, eyni zamanda strateji əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirirdi. Qeyd edilməlidir ki, son 13 ildə İtaliya Baş nazirinin Bakıya ilk rəsmi gəlişi məhz bu səfər oldu. Meloninin Azərbaycana səfəri Ermənistanın ev sahibliyi etdiyi “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə görüşündən dərhal sonra baş tutdu və Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu ardıcıllıq həm siyasi, həm də simvolik baxımdan xüsusi məna daşıyırdı. Səfər beynəlxalq münasibətlər sistemində gərginliklərin artdığı, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxdığı bir dövrə təsadüf etdi. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, İran ətrafında artan risklər və qlobal enerji marşrutlarının yenidən formalaşması fonunda Azərbaycan və İtaliya arasında əməkdaşlıq xüsusi aktuallıq qazanır. İki ölkə arasındakı münasibətlərin hüquqi bazasını 2015 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri təşkil edir. Həmin razılaşmalar enerji, iqtisadiyyat, nəqliyyat, müdafiə, təhsil və mədəniyyət kimi sahələrdə geniş əməkdaşlıq imkanlarını müəyyənləşdirib. Prezident İlham Əliyev və Ciorcia Meloni görüş zamanı bu sənədlərin praktik nəticələrinin artıq hiss olunduğunu vurğuladılar.
İtaliya hökumət başçısı Azərbaycanı ölkəsi üçün mühüm strateji tərəfdaş adlandıraraq onun Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu qeyd edib. Azərbaycan xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm mövqeyə malikdir. İtaliya isə Azərbaycan qazının Avropa bazarına çatdırılmasında əsas tranzit və qəbul məntəqələrindən biri hesab olunur. Bu qarşılıqlı əməkdaşlıq Bakı üçün iqtisadi və siyasi üstünlüklər yaratdığı kimi, Roma üçün də enerji mənbələrinin şaxələndirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Əlaqələrin əsas sütunlarından biri olan TANAP və TAP layihələri enerji əməkdaşlığını yeni səviyyəyə yüksəldib. Prezident İlham Əliyevin açıqladığı məlumata əsasən, 2025-ci ildə Azərbaycanın qaz ixracı 25 milyard kubmetrə yaxın olub və bunun 9,5 milyard kubmetri İtaliyaya göndərilib. Bu göstərici İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edir. TAP boru xətti vasitəsilə son illərdə on milyardlarla kubmetr Azərbaycan qazı Avropaya çatdırılıb ki, bu da Rusiyadan enerji asılılığının azaldılması siyasətində mühüm rol oynayır. Görüşlər zamanı TAP layihəsinin genişləndirilməsi və qaz nəqlinin artırılması məsələləri də müzakirə olunub.
İki ölkə arasında iqtisadi əməkdaşlıq da sürətlə inkişaf edir. 2025-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 12 milyard dollara çatıb və bu göstərici İtaliyanı Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevirib. Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliya iqtisadiyyatına milyardlarla dollar investisiya yatırıb. Bu sərmayələr əsasən enerji, infrastruktur və alternativ enerji layihələrini əhatə edir. Azərbaycanda fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkəti xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən layihələrdə aktiv iştirak edir. Səfər çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə 2026-cı ilin ikinci yarısında Bakıda biznes forumunun təşkili təklif olunub. Bu təşəbbüs mövcud siyasi əməkdaşlığın konkret iqtisadi layihələrə çevrilməsinə xidmət edir. Bununla yanaşı, tərəflər hərbi-texniki sahədə əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Texnologiya mübadiləsi, birgə istehsal və müdafiə sənayesi sahəsində mümkün layihələr münasibətlərin artıq yalnız enerji ilə məhdudlaşmadığını göstərir.
Təhsil sahəsində də mühüm addımlar atılır. 2025-ci ildə fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkənin akademik əlaqələrinin inkişafına ciddi töhfə verir. ADA Universiteti və İtaliyanın nüfuzlu ali məktəblərinin birgə əməkdaşlığı nəticəsində yaradılan bu təhsil müəssisəsində artıq yüzlərlə tələbə təhsil alır. Gələcəkdə həmin gənclərin Azərbaycan və İtaliya arasında intellektual və mədəni körpü rolunu oynayacağı gözlənilir.
Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan-İtaliya münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Enerji sahəsində qurulan əməkdaşlıq artıq iqtisadiyyat, müdafiə, təhsil və humanitar istiqamətlərdə də genişlənir. TAP layihəsinin böyüdülməsi, yeni investisiya təşəbbüsləri və ortaq biznes layihələri gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi və Cənubi Qafqaz regionunda sabitlik baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

