Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

12.05.2026 [11:30]

Mayın 11-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 21, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 8 nəfər nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 6 patron darağı, 2 mərmi və 215 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31