Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb
19.05.2026 [12:09]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə start verilib.
On seminardan ibarət olacaq “Heydər Əliyev məktəbi” adlı layihənin ilk seminarı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tərəfindən həyata keçirilib. “Heydər Əliyev və dövlət idarıçıliyi sistemi” mövzusu ilə dinləyicilər qarşında çıxış edən Adil Tağıyev bildirib ki, Azərbaycanda demokratik prinsiplərə söykənən, milli maraqların təmin olunmasına yönəldilmiş, sosial ədalətin təmin olunmasını əsas tutan dövlət idarəetmə sisteminin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin ali siyasi hakimiyyətə gəlməsilə səmərəli dövlət idarəçiliyinin bütün zəruri əsaslarının formalaşdırılmasına xidmət edəcək təsirli addımlar atılıb. Bu mənada dövlət idarəçiliyinin normativ-hüquqi bazasının yaradılması səmərəli islahatların baza prinsipi kimi nəzərdə tutulurdu. Bunu zəruri edən başlıca amil ondan ibarət idi ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması dövlət idarəçiliyində sistemli şəkildə islahatların həyata keçirilməsi vacibdir. Tarixi reallıqdan çıxış edərək Heydər Əliyev davamlı olaraq dövlət idarəçiliyi sistemində inzibati islahatların həyata keçirilməsini daim öz diqqətində saxlayıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək, bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub. ”Ölkəmızın ictimai – siyasi həyatına hər zaman yeniliklər gətirən Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident cənab İlham Əliyevin apardığı islahatlara töhfələr verib” – deyə Bayram Aslanov diqqətə çatdırıb.
Qeyd edək ki, layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edir. Beş gün ərzində davam edəcək “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçəcəklər.
Sonda iştirakçılara Sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

