Prezident İlham Əliyevin rəhbərliyi uğurlu enerji siyasəti həyata keçirilir
03.06.2026 [10:09]
Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən önəmli tədbiri olan “Bakı Enerji Həftəsi” öz işinə başlayıb. “Bakı Enerji Həftəsi” 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 14-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” və 31-ci Yubiley “Baku Energy Forum” sərgisini özündə birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Azərbaycanın neft-qaz və enerji sektorunun inkişafı ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır.
Azərbaycan yeni qlobal çağırışlar fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Azərbaycanın bu prosesdə rolu dünya miqyasında hər zaman yüksək dəyərləndirilir. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Xüsusi vurğulanmalıdır ki, Bakı Enerji Həftəsi enerji sahəsində dialoqun genişləndirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır. Dövlət başçısı bu möhtəşəm tədbirin gələcək perspektivlərinə toxunaraq bir daha birmənalı şəkildə bu əminliyi ifadə etdi: Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr, qurulan sıx təmaslar, irəli sürülən yeni ideyalar və nəticəyönümlü planlar qlobal enerji ailəsinin hər bir üzvü üçün dərindən faydalı olacaqdır.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54

