Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xaçmazda 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü istifadəyə verilib

Xaçmazda 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü istifadəyə verilib

27.07.2026 [21:05]

Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən körpü əsaslı təmirdən sonra istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 min nəfər əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü keçidi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında yenidən qurulub.

Layihəyə əsasən, yeni tikilən üçaşırımlı körpünün uzunluğu 63, eni isə 12 metrdir. Müasir standartlara uyğun yenidən qurulan körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə təhlükəsiz və rahat gediş-gəlişini təmin edir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə söhbət zamanı sakinlər yeni körpünün istifadəyə verilməsindən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31