Yaxın tariximizin ibrət dərsi
04.06.2026 [10:36]
Gəncə qiyamından 33 il ötür
Müstəqillik gözəl nemətdir, hər bir xalqın böyük uğurudur. Ancaq qısa müstəqillik tariximizdə heç də hər zaman insanda xoş əhval-ruhiyyə yaradan əlamətdar hadisələrlə qarşılaşmamışıq. Ciddi narahatlıq doğuran anlar da yaşamışıq və biz onları heç vaxt unutmamalıyıq. Unutmamalıyıq ki, müstəqilliyimizin qədrini bilək və onu daha həssaslıqla qoruyaq.
Belə hadisələrdən biri də tarixin bu günündə yaşanıb. Söhbət 1993 -cü il iyunun 4-də baş verən Gəncə qiyamından gedir. Artıq həmin dəhşətli olayların baş verməsindən bizi 33 illik zaman məsafəsi ayırır. İllər ötdükcə həmin hadisələr nəinki unudulur, əksinə biz necə böyük bir faciə ilə üzləşdiyimizin miqyasını daha dərindən dərk edirik.
AXC-”Müsavat” iqtidarının yarıtmaz fəaliyyəti və ölkəni bürüyən xaos
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində tale qəlbində hər zaman azadlıq, arzuları daşıyan Azərbaycan xalqına XX yüzillikdə ikinci dəfə müstəqillik qazanmaq şansı verdi. Belə ki, Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Lakin bəhs olunan tarixdə müstəqilliyimiz de-yure bəyan edilsə də, vəziyyət kritik dərəcədə ağır idi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr yalnız öz kreslolarını qorumaq barədə düşünürdülər. Onlar üçün xalqın mənafeyi, milli maraqlar arxa planda idi, bəziləri hətta stereotiplərin əsirliyində qalmaqla müstəqilliyi şüurlu şəkildə qəbul etmək istəmirdilər.
Müxalifət düşərgəsinə də milli birlik ideyası hakim deyildi. Qüvvələr parçalanmışdı və özlərini “lider” adlandıran bəzi şəxslər ətraflarında dəstələr formalaşdırmışdılar. Bu “liderlər” və dəstələr arasında antaqonist ziddiyyətlər hökm sürürdü. Hər kəs özünü iqtidarda görmək istəyirdi və bunun üçün istənilən qanunsuzluğa əl atmağa hazır idi. Belə xaotik reallıqlar fonunda AXC-”Müsavat” cütlüyü 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gəlməyə nail oldu. Bu cütlük iqtidara milli-azadlıq ideyaları ilə gəlsə də, bir illik fəaliyyəti dönəmində xalqdan uzaq olduğunu və səriştəsizliyini bütün cəhətləri ilə ortaya qoydu. Həmin bir il ərzində yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. AXC-”Müsavat” cütlüyü Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. İqtisadiyyat tamam dağılmışdı. Büdcə boş idi- hətta təqaüdləri verməyə belə vəsait tapılmırdı. 1993-cü ilin yayına doğru vəziyyət daha kritik hal almağa başladı. Cəbhədə durum xüsusilə ağırlaşmışdı. Ölkədəki hakimiyyət boşluğundan, xaos vəziyyətindən sui-istifadə edən düşmən qüvvələri Kəlbəcəri və Laçını işğal altına almaqla Ermənistanla Qarabağ arasında coğrafi bağlantını təmin etməyə nail oldu.
Belə vəziyyətdə silahlı qüvvvələrimiz səfərbər olmaq, toparlanmaq əvəzinə, “liderlərin” əlində alətə çevrilmişdi. Orduda vahid komandanlıq yox idi. Hücüma kecən qüvvələrə qəfildən əlverişli mövqedən geri çəkilmək əmri gəlirdi. Gəncədə yerləşən və korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı briqada, necə deyərlər, ordu içində ordu sayılırdı. Müdafiə Nazirliyinin həmin hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar verməsi isə sanki odun üstünə yağ tökdü. İntriqalar, çəkişmələr daha da qızışdı. Müdafiə Nazirliyinin qərarı ilə razılaşmayan Surət Hüseynov qiyama başladığını bəyan etdi. Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-”Müsavat” hakimiyyəti faktiki olaraq ölkədə vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-”Müsavat” qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilik nümayiş etdirməyən hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya doğru yol aldı. Qısa müddətdə bir neçə rayonda qanuni hakimiyyət devrildi. Baş verən hadisələr zamanı ilk qardaş qanı axıdıldı...
Heydər Əliyevin xilaskarlıq missiyası
Tale elə gətirdi ki, respublikaya birinci rəhbərliyi dönəmində gələcək müstəqillik üçün ciddi siyasi, iqtisadi və ideoloji əsaslar yaratmış böyük siyasətçi Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. AXC-”Müsavat” iqtidarının diletant siyasətini qəbul etməyən, yuxarıda təsvir etdiyimiz xaosdan, anarxiyadan bezən xalq üzünü Ona tutaraq Naxçıvandan Bakıya gəlməsini, ölkənin siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Bunu həm də AXC-”Müsavat” iqtidarı istəyirdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırılmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Lakin Heydər Əliyev hakimiyyət hərisi deyildi. AXC-”Müsavat” iqtidarı tərəfindən Heydər Əliyevə birbaşa hakimiyyəti ələ almaq təklif olunsa da, O, təmkinlə davrandı, əvvəlcə Cəncəyə gedib burada görüşlər keçirdi, vəziyyəti yerində dəyərləndirdi. Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Müstəqilliyimizin anarxiya, xaos dönəminin ən ağrılı və narahatlıq doğuran məqamlarından biri də həmin dövrdə Prezident vəzifəsini daşıyan AXC sədri Əbülfəz Əliyevin (Elçibəy) qeyri-adekvat davranışları idi. Atdığı hər addımda, aldığı hər qərarda aydın şəkildə görünürdü ki, o, ölkəni idarə etməyə qadir deyil. Prezident Əbülfəz Əliyev iyunun 17-dən 18-nə keçən gecədə hamını, necə deyərlər, şoka salan hərəkətə yol verib- qəfildən yoxa çıxıb. Sonradan onun yeri bəlli olub- dövlət başçısı müvafiq qurumların təmsilçilərini məlumatlandırmadan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Kələki kəndinə üz tutub və orada yaşamağa qərar verib.
Ölkə çətin vəziyyətdə olduğu bir vaxtda dövlət başçısının bu cür qeyri-ciddi davranmasına hansı qiyməti vermək olar? Sonradan Ali Sovetin Sədri Heydər Əliyev dəfələrlə Prezidentin Bakıya gəlib vəzifəsini yerinə yetirməsinə çağırış etsə də, Əbülfəz Elçibəy buna məhəl qoymayıb. O, özüsayağı şəkildə bəyan edib ki, dövləti Kələkidən idarə edəcək. Yeri gəlmişkən, AXC-”Müsavat” iqtidarında təmsil olunan ayrı-ayrı nazirlər, icra başçıları da oxşar qeyri-ciddi davranışlar sərgiləyiblər. Onlar məsuliyyətsizcəsinə tutduqları vəzifələri özlərinin işlətdiyi ifadə ilə desək, dondurublar...
Belə xaotik vəziyyətdə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı.
Seçkilərin qalibi olan Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Prezident kimi fəaliyyətə başladı. O, andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı. O,vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. İlk növbədə ölkədə anarxiyanın ram edilməsinə, vahid komandanlığa tabe olan ordunun formalaşdırılmasına başlanıldı. Dövlətçiliyin möhkəmlənməsini hədəfləyən zəruri qərarlar imzalandı. İslahatların anonsu verildi və ölkə inkişafa istiqamətləndi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

