Sahibkarlar üçün kredit təminatı və faiz subsidiyası mexanizmi təkmilləşdirilib
11.06.2026 [10:51]
İpoteka və Kredit Zəmanət Fondunun bu istiqamətdəki səlahiyyətləri “Azərbaycan Biznesinin İnkişafı Fondu”na verilib
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinə bəzi dəyişikliklər edilib və qaydalar təkmilləşdirilib. Dəyişikliklər sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin vahid əsaslarla verilməsini, daha səmərəli subsidiya təminatını və bu sahədə institusional tənzimləmənin təkmilləşdirilməsini nəzərdə tutur. Məqsəd sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi və biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsidir.
Yeni qaydalara əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara manatla verilən kreditlər üzrə təminat və həmin kreditlərə hesablanmış faizlər üzrə subsidiyaların çatdırılması bundan sonra İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra olunacaq. Yəni biznesin kreditlərə görə, subsidiya təminatı səlahiyyətləri yeni dövlət orqanına verilib. Qərar işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkənin digər regionlarında tətbiq olunacaq.
Elektron kredit və zəmanət sisteminin tətbiqi genişlənəcək
Fərman qüvvəyə mindiyi tarixədək sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsi, habelə öhdəliklərin icrası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təmin ediləcək. Sonrakı mərhələdə artıq həmin funksiyaları “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC yerinə yetirəcək.
Qeyd edək ki, biznes üçün nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 faiz təşkil edir, Təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənədək həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçiriləcək. Ancaq bununla yanaşı, “Elektron kredit və zəmanət” informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi üçün müvafiq qurumlara 3 ay müddətində zəruri tədbirlər görmək tapşırılıb.
Dövlət başçısının fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasının tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsi də nəzərdə tutulur. Belə ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
2018-ci ildən yaradılmış maliyyə zəmanəti
Qeyd edək ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqlarını İpoteka və Kredit Zəmanət Fondu həyata keçirib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırıb. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirməsi təmin edilib. İndiyə qədər zəmanət və subsidiya üzrə verilmiş kreditlərin məbləği 700 milyon manatı ötüb.
Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min - 5 milyon manat civarında təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsi
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Bu baxımdan kreditlərə təminat verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üzrə yeni mexanizmlərin yaradılması, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi və biznes kreditləşməsi prosesinin daha səmərəli idarə edilməsi maliyyə vasitəçiliyini daha da yaxşılaşdıracaq. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib ki, “Azərbaycan Biznesinin İnkişafı Fondu” biznes kreditləşməsi prosesində daha çevik rol oynaya bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

