Qusarda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
11.06.2026 [18:08]
Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi” mövzusunda tədbir keçirilmişdir.Tədbirdən əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Respublikası Milli Məclisinin deputatı, Vüqar Rəhimzadə,Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov giriş nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və inkişafın təmin edilməsində müstəsna rol oynadığını vurğuladı.Daha sonra Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu bildirib.Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə çıxış edərək 15 İyun tarixinin müasir Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib.Tədbirdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, Qusar Peşə Liseyinin direktoru Xatirə Nağıbəyova və Vətən müharibəsi veteranı İlkin Abuyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafının təmin olunmasında müstəsna rol oynadığını bildiriblər.Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs mükafatlandırılıb, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

