Binalarda Enerji Effektivliyi Altsisteminin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur
19.06.2026 [13:41]
“Şəhərsalma və Memarlıq İli”, eləcə də “Söndür və Qazan!” kampaniyası çərçivəsində Energetika Nazirliyində tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən subyektlər üçün “Binalarda enerji səmərəliliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda enerji səmərəliliyi sahəsində qanunvericilik bazası, pasportlaşdırmanın məqsədi və tətbiq mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, enerji effektivliyi pasportu binanın enerji göstəricilərinin qiymətləndirilməsinə, enerji sinfinin müəyyən edilməsinə və enerji sərfinin azaldılmasına xidmət edir.
Qeyd olunub ki, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi üzrə pasportlaşdırma məcburidir. Bu çərçivədə binanın enerji sinfi, karbon emissiyası, bərpaolunan enerji mənbələrindən istifadə səviyyəsi, eləcə də istilik, soyutma, havalandırma, isti su təchizatı və işıqlandırma sistemlərinin enerji göstəriciləri qiymətləndirilir.
Tədbirdə, həmçinin enerji sərfinin hesablanması metodologiyasının hazırlanması, enerji səmərəliliyi baxımından tikinti norma və qaydalarının əhəmiyyəti və beynəlxalq təcrübələr barədə məlumat verilib. Binalarda Enerji Effektivliyi Altsistemi (BEEİS) üzrə görülən işlərdən bəhs olunaraq bildirilib ki, sistem vasitəsilə enerji göstəricilərinin hesablanması, enerji sinfinin müəyyən edilməsi və enerji effektivliyi pasportunun elektron formada hazırlanması mümkün olacaq. Sistemin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Sahil Şükürlü şəhərsalma və tikinti sahəsində tətbiq olunan normativ sənədlər, layihələndirmə tələbləri və enerji səmərəliliyi ilə bağlı normativ yanaşmalar barədə təqdimat edib.
Müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, enerji effektivliyi üzrə pasportlaşdırma, layihələndirmədə enerji səmərəliliyi tələblərinin tətbiqi və BEEİS-in funksionallığı ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də tikinti, layihələndirmə və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxAnalitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45

