İmişlidə “Milli Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib
13.06.2026 [14:59]
İmişli rayonunda İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – “Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluşdan Zəfərə” adlı tədbir keçirib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları İmişli şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə güllər düzüb, Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
İmişli rayonunda yerləşən istirahət mərkəzlərindən birində açıq havada davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. O qeyd edib ki, müasir Azərbaycan tarixinin parlaq səhifələri, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev vurğulayıb ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndər tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Onun zəngin dövlətçilik irsi çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan mühüm amildir. O, hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasi irsi uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Səyyad Aran qeyd edib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını Azərbaycanın tərəqqisinə və xalqın xoşbəxtliyinə həsr edib.
İmişli rayon prokuroru Valeh Səmədov söyləyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli dövlətçiliyin gücləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verib, xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb.
Digər çıxış edənlər bildirib ki, bugünkü Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Buna görə də müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir.
Çıxışlardan sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra İmişli rayon Mədəniyyət Mərkəzi və Uşaq İncəsənət məktəbinin birgə hazırladığı konsert proqramı olub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

