Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi
16.06.2026 [14:50]
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik bayramlardan biridir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasının, ölkədə siyasi sabitliyin bərpasının və milli birliyin möhkəmlənməsinin simvolu hesab olunur.
1992–1993-cü illərdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının fəaliyyəti dövründə ölkədə ciddi siyasi, iqtisadi və hərbi problemlər mövcud idi. Dövlət idarəçiliyində təcrübə çatışmazlığı, hakimiyyət daxilində fikir ayrılıqları, iqtisadi böhran və Qarabağ müharibəsinin ağır nəticələri vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının işğalı davam edir, digər tərəfdən isə ölkə daxilində siyasi qarşıdurmalar dərinləşirdi. Ayrı-ayrı bölgələrdə qanunsuz silahlı dəstələrin fəaliyyəti, separatçı meyillərin güclənməsi və dövlət çevrilişi təhlükəsi ölkəni parçalanmaq həddinə gətirib çıxarmışdı. Azərbaycan dövlətçiliyi və müstəqilliyi ciddi təhlükə altında idi.
Belə bir mürəkkəb və taleyüklü məqamda Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Xalq öz xilasını məhz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsində və uzaqgörən siyasətində görürdü. Onun hakimiyyətə qayıdışı ölkədə vətəndaş qarşıdurmasının qarşısını aldı, dövlətçiliyin qorunmasını təmin etdi və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Xalqımızın böyük arzusu gerçəkləşdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu tarix Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü elan edildi. Həmin dövrdən etibarən ölkədə siyasi sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Elə həmin ilin oktyabr ayında keçirilən seçkilərdə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Prezident kimi fəaliyyət göstərdiyi dövrdə Heydər Əliyevin əsas məqsədi müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək idi. Onun rəhbərliyi altında dövlət idarəetmə sistemi təkmilləşdirildi, hüquqi və demokratik islahatlar həyata keçirildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi ki, bu da hüquqi dövlət quruculuğunda mühüm rol oynadı.
Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət ölkənin inkişafına böyük təkan verdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu və ölkəyə milyardlarla dollar xarici investisiya cəlb edildi. Bunun nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün yeni imkanlar yarandı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görüldü.
Xarici siyasətdə də Heydər Əliyev balanslaşdırılmış və milli maraqlara əsaslanan kurs həyata keçirirdi. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi, dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrini möhkəmləndirdi. Bunun sayəsində ölkənin beynəlxalq nüfuzu artdı və Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.
Qarabağ məsələsinin həlli istiqamətində görülən işlər də Heydər Əliyevin siyasi fəaliyyətində mühüm yer tuturdu. Onun rəhbərliyi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşması müharibənin genişlənməsinin qarşısını aldı və ölkədə sabitliyin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müdafiə edirdi. Onun həyata keçirdiyi ardıcıl diplomatik fəaliyyət nəticəsində Qarabağ məsələsi beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutmuş, Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılmışdır. Bu istiqamətdə atılan addımlar sonrakı illərdə problemin həlli üçün siyasi və hüquqi zəmin formalaşdırmışdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlətin iqtisadi gücünün artırılması, ordunun müasirləşdirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycanın daha da güclənməsinə şərait yaratmışdır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etmiş və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etmişdir. Bu qələbə Azərbaycanın güclü dövlət siyasətinin, xalq-iqtidar birliyinin və uzun illər ərzində aparılan siyasi, iqtisadi və hərbi quruculuq işlərinin nəticəsi idi.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, xalqın birlik və həmrəyliyinin təntənəsi kimi tariximizdə əbədi yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hər keçən gün daha da güclənir. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və əldə olunan tarixi qələbələr Milli Qurtuluşun xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu gün hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, 15 İyun təkcə bir tarix deyil, Azərbaycanın xilası, sabitliyi və parlaq gələcəyinin başlanğıcıdır.
Tahirə Şükürova
YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

