Azərbaycan-Türkiyə birliyinin tarixi təntənəsi
16.06.2026 [18:19]
2021-ci il iyunun 15-də Azərbaycanın qədim mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı oldu.Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirdi. Bu sənəd yalnız iki dövlət arasındakı münasibətləri deyil, eyni zamanda regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bəyannamə siyasi dialoqun, iqtisadi əlaqələrin, enerji və nəqliyyat layihələrinin, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.Tarixi sənədin məhz Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğunu dünyaya nümayiş etdirən Şuşa şəhəri bu mühüm hadisəyə ev sahibliyi etməklə bir daha öz strateji və mənəvi əhəmiyyətini ortaya qoydu. Şuşa Bəyannaməsi həm də Azərbaycan xalqının əldə etdiyi qələbənin siyasi və diplomatik müstəvidə təsdiqi kimi qiymətləndirilir.Sənəddə tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin davam etdirilməsi, regional layihələrin birgə həyata keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və milli maraqların qorunması istiqamətində birgə fəaliyyət göstərilməsi öz əksini tapmışdır. Bu, Azərbaycan və Türkiyənin gələcəkdə də ortaq məqsədlər naminə çiyin-çiyinə fəaliyyət göstərəcəyini bir daha təsdiqləyir.Şuşa Bəyannaməsi türk dünyasının həmrəyliyinin və birliyinin gücləndirilməsi baxımından da mühüm rol oynayır. Ortak tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində qurulan münasibətlər bu sənəd vasitəsilə daha da möhkəmlənmiş, gələcək əməkdaşlıq üçün etibarlı hüquqi baza formalaşdırılmışdır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri regionun ən uğurlu əməkdaşlıq nümunələrindən biri hesab olunur və Şuşa Bəyannaməsi həmin münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir.İmzalanmasından ötən müddət ərzində Şuşa Bəyannaməsinin əhəmiyyəti daha aydın görünməkdədir. İki qardaş ölkə arasında siyasi dialoq, iqtisadi əlaqələr, hərbi əməkdaşlıq və humanitar münasibətlər sürətlə inkişaf edir. Bu isə sənədin yalnız siyasi bəyanat deyil, real nəticələr verən strateji yol xəritəsi olduğunu göstərir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, xalqlarımızın ortaq gələcəyə olan inamını və regionun inkişafına verdiyi töhfələri özündə ehtiva edən tarixi sənəd kimi daim xatırlanacaqdır. Bu sənəd “Bir millət, iki dövlət” fəlsəfəsinin ən parlaq təcəssümü olmaqla yanaşı, gələcək nəsillər üçün də dostluq, birlik və həmrəylik nümunəsi olaraq qalacaqdır.
Fidan Qorxmazova
YAP Qusar rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

