Qüdrətli Azərbaycan Ordusu – Zəfər tariximizi yazmış müzəffər güc
24.06.2026 [17:50]
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və iftixar hissi ilə qeyd etdiyi əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin, milli təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısı olan ordumuzun şərəfli keçmişini, qazandığı böyük uğurları və gələcək inkişaf perspektivlərini özündə əks etdirir. Milli ordumuzun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş, bununla da müstəqil dövlətin müdafiəsini həyata keçirəcək nizami silahlı qüvvələrin formalaşdırılmasına başlanılmışdır. Qısa müddət ərzində milli hərbi hissələrin yaradılması, peşəkar kadrların hazırlanması və ordu quruculuğu sahəsində atılan addımlar gələcək inkişaf üçün möhkəm zəmin yaratmışdır.
Müstəqilliyin bərpasından sonra Azərbaycan çətin sınaqlarla üzləşmiş, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Ölkədə yaranmış mürəkkəb vəziyyət güclü dövlət idarəçiliyinə və peşəkar ordu quruculuğuna böyük ehtiyac yaratmışdı. Məhz belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev dövlətçiliyin qorunması ilə yanaşı, güclü və nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi altında Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam möhkəmləndirildi, peşəkar kadr hazırlığı genişləndirildi və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. 1998-ci ildə imzalanmış Fərmanla 26 İyunun Silahlı Qüvvələr Günü kimi təsis olunması Azərbaycan Ordusunun xidmətlərinə verilən yüksək qiymətin təzahürü idi.
Sonrakı illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Hərbi büdcənin artırılması, ən müasir silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi və müdafiə sənayesinin inkişaf etdirilməsi nəticəsində ordumuz regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi. Əsgər və zabitlərin sosial rifahının yüksəldilməsi, yeni hərbi şəhərciklərin salınması, müasir təlim mərkəzlərinin yaradılması və beynəlxalq təcrübənin tətbiqi Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini daha da artırdı. Azərbaycan Ordusunda vətənpərvərlik ruhu, dövlətə sədaqət və xalqına xidmət prinsipləri əsas dəyərlər kimi qorunub saxlanılır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan tarixi Zəfər qazandı. Uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu və Azərbaycan xalqının otuz ilə yaxın davam edən həsrətinə son qoyuldu. Şuşanın azad edilməsi hərb tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Azərbaycan əsgəri yüksək peşəkarlıq, qəhrəmanlıq və Vətən sevgisi nümayiş etdirərək öz adını tarixə qızıl hərflərlə yazdı. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır, qazilərimizin şücaəti isə daim böyük ehtiramla qarşılanır.
Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və təhlükəsizliyimizin əsas dayağıdır. Müasir çağırışlara cavab verən Silahlı Qüvvələrimiz yüksək hazırlıq səviyyəsi, müasir silahlanması və peşəkar şəxsi heyəti ilə ölkəmizin müdafiəsini etibarlı şəkildə təmin edir. Xalq-ordu birliyi Azərbaycan dövlətinin gücünü daha da artırır və milli həmrəyliyin bariz nümunəsi kimi çıxış edir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçulara, veteranlara, şəhid ailələrinə və qazilərimizə dərin minnətdarlıq və ehtiram ifadə olunur. Qüdrətli Azərbaycan Ordusu bundan sonra da dövlətimizin suverenliyinin keşiyində inamla dayanacaq, şanlı bayrağımızı daim yüksəklərdə dalğalandıracaq və yeni uğurların müəllifi olacaqdır.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

