Tarixi bağlar və strateji tərəfdaşlığın yeni mərhələsi
25.06.2026 [16:36]
Azərbaycan ilə Türkmənistan arasında əlaqələr çoxəsrlik tarixə, ortaq mədəniyyətə və soy-kökə əsaslanır. Son illərdə iki qardaş ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu kontekstdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana rəsmi səfəri həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm tarixi hadisə kimi yadda qalmışdır. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşlərindən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin dərinliyini və gələcək perspektivlərini yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev öz bəyanatında iki ölkə arasındakı bağların sarsılmazlığını xüsusi vurğulayaraq bildirmişdir ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Dövlətimizin başçısı qeyd etmişdir ki, Xəzər dənizinin ayırmadığı, əksinə, birləşdirdiyi Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşamışlar. Bu gün həmin ortaq tarixi irs və mənəvi dəyərlər müasir dövlətlərarası əlaqələrin sütununu təşkil edir. Hər iki ölkənin müstəqillik illərində əldə etdiyi nailiyyətlər və qarşılıqlı dəstək bu möhkəm təməlin nə dərəcədə güclü olduğunu bir daha sübut edir.
Mətbuata bəyanatda regional nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və ticarət dövriyyəsinin artırılması məsələlərinə də geniş yer ayrılmışdır. Azərbaycan Prezidenti Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm halqaları olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında koordinasiyanın gücləndirilməsinin beynəlxalq yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırmışdır. Eyni zamanda, Xəzər dənizindəki "Dostluq" yatağının müştərək kəşfiyyatı və işlənilməsi barədə əldə olunmuş razılaşmaların uğurlu icrası enerji sahəsindəki strateji tərəfdaşlığın bariz nümunəsi kimi qeyd edilmişdir.
Sonda Prezident İlham Əliyev Türkmənistan Prezidentinin bu səfərinin ölkələrimiz arasındakı dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirəcəyinə, imzalanan sənədlərin və aparılan danışıqların gələcək birgə uğurlara yol açacağına əminliyini ifadə etmişdir. Bu bəyanat Azərbaycan və Türkmənistanın regionda sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasında regional liderlər olaraq birgə addımlamaq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

