İsveçdə vətəndaşlıq almaq üçün məcburi imtahan tətbiq edilir
14.07.2026 [14:20]
İsveçdə vətəndaşlıq almaq üçün yeni tələblər qüvvəyə minib. Bundan sonra 16–66 yaş arası müraciət edən şəxslər İsveç dili və ölkə cəmiyyətinin əsasları ilə bağlı biliklərini təsdiqləməlidirlər.
AZƏRTAC xəbər verir ki, ilk sosial elmlər imtahanı avqustun 15-də Stokholmda keçiriləcək. İmtahanda təxminən 1000 nəfərin iştirakı gözlənilir. İlk test üçün qeydiyyat prosesi üç həftə ərzində başa çatıb. Hakimiyyət orqanları gələcəkdə imtahanların ölkənin digər bölgələrində də keçirilməsini planlaşdırır.
İmtahan mövzuları İsveç hökuməti tərəfindən müəyyənləşdirilib. Sosial elmlər üzrə suallar isə Höteborq Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Testlər doqquzuncu sinif şagirdlərinin bilik səviyyəsinə uyğunlaşdırılıb. Hazırlıq materialları artıq İsveç Ali Təhsil Şurasının saytında yayımlanıb.
İmtahanın tətbiqi və hazırlıq müddətinin qısa olması akademik dairələrdə müzakirələrə səbəb olub. 2025-ci ildə hökumətin Stokholm və Höteborq universitetlərinə imtahanın ayrı-ayrı bölmələrini hazırlamağı tapşırması da ali təhsil müəssisələrinin narazılığı ilə qarşılanıb. Bir sıra alimlər qeyd edirlər ki, dil tələblərinin vətəndaşlıq imtahanlarına daxil edildiyi bir sıra Avropa İttifaqı ölkələrində bunun inteqrasiyaya müsbət təsiri ilə bağlı ciddi nəticələr əldə olunmayıb.
Bununla yanaşı, tələb olunan bilikləri təsdiqləmək üçün yalnız imtahan nəticələri əsas götürülməyəcək. İsveç məktəblərində, gimnaziyalarda və ya müəyyən böyüklər üçün təhsil proqramlarında İsveç dili və sosial elmlər üzrə keçid qiymətləri alan şəxslər bu sənədlərdən istifadə edə bilərlər.
İsveç Ali Təhsil Şurası avqust ayında keçiriləcək ilk imtahandan sonra sosial elmlər bölməsi üzrə uğurlu nəticə üçün tələb olunan düzgün cavabların sayını müəyyənləşdirəcək.
Qeyd edək ki, vətəndaşlıq imtahanları artıq Danimarka və Norveç də daxil olmaqla bir sıra ölkələrdə tətbiq olunur. Finlandiya da 2027-ci ildən etibarən analoji imtahan sisteminə keçməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31

