Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə kompensasiya gözləyir

Tramp: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə kompensasiya gözləyir

14.07.2026 [16:57]

Vaşinqton Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına görə müttəfiqlərindən kompensasiya almağı məqsədəuyğun hesab edir.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən kompensasiya almaq istəyirəm, çünki biz dünyanın ən varlı bölgələrindən birini qoruyuruq. Biz buna vəsait xərcləyirik”, – deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, Vaşinqton Hörmüz boğazında normal gəmiçiliyin təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə yardım etdiyi ölkələrdən kompensasiya almalıdır.

Tramp qeyd edib ki, ABŞ bu sahədə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi tərəfdaş ölkələrə dəstək verir. “Düşünürəm ki, bu, ədalətli yanaşmadır. Bizim buna ehtiyacımız yoxdur, lakin müttəfiqlərimizi qorumaq baxımından bu vacibdir”, – deyə o əlavə edib.

ABŞ Prezidenti daha əvvəl Vaşinqtonun Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsində iştirak etmək niyyətində olduğunu və bu xidmətə görə boğazdan daşınan yüklərin dəyərinin 20 faizi həcmində kompensasiya alınmasını təklif etdiyini bildirmişdi.

Qeyd edək ki, dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz tədarükünün isə təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Paylaş:
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31