Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Göyçayda “Tarix yazan şəxsiyyət” mövzusunda tədbir keçirilib

Göyçayda “Tarix yazan şəxsiyyət” mövzusunda tədbir keçirilib

14.07.2026 [15:45]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında 14 iyul 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin ildönümünə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Qeyd edilib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizin iqtisadi, sosial, elmi, təhsil və mədəni həyatında əsaslı dönüş yaradılıb, milli dövlətçilik ənənələri möhkəmləndirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl formalaşdırılıb. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.

Daha sonra çıxış edənlər, partiya veteranları Eldəniz Məmmədov, Sədaqət Abdulova, Rayon Ağsaqqallar Surasının sədri Nazir Əhmədov, Ərazi Partiya Təşkilatının sədrləri Səbinə Qurbanova, Firəngiz Məmmədyarova  Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərdən, milli həmrəyliyin və müasir Azərbaycan dövlətinin möhkəm təməllərinin formalaşdırılmasındakı tarixi rolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin davamlı tərəqqisinin əsasını təşkil edir. Bildirilib ki, Ümummilli Liderin ideyaları Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31