Hörmüzdən yan keçməklə neftin nəqli üçün alternativ yollar axtarılır
15.07.2026 [23:18]
ABŞ-nin İranın limanlarını yenidən mühasirəyə alaraq gəmiləri buraxmaması və neft ixracının qarşısını alması dünya bazarında neft qiymətlərini artmasına səbəb olur. Son həftə ərzində neftin qiyməti tədricən artır ki, bunun da səbəbi yenə də Körfəzdəki hərbi vəziyyətlə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları daha da genişləndirib. Nazirliyin açıqlamasında bildirilir ki, yeni sanksiyalara 50 nəfər fiziki şəxsin adı, 24 şirkət və 20 gəmi daxil edilib. Bu şəxs və şirkətlər neft ticarəti və nəqli ilə məşğuldurlar ki, onların da fəaliyyətinin məhdudlaşdırılması İranın neft ixracına mənfi təsir göstərəcək. ABŞ-nin bu tədbirlərindən sonra dünya bazarında neft qiymətləri daha da artıb. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 85,14 dollar, “Light” neftinin qiyməti isə 79,53 dollara satılır. Dünənki ticarətdən fərqli olaraq bu gün qiymətlər ümumilikdə 1,7 faiz artıb. Hətta Rusiyanın birjadan kənar satılan “Urals” markalı neftinin də bir barelinin qiyməti 55 dollardan 61 dollara yüksəlib.
Azərbaycanın “Azeri Light” markalı nefti az kükürdlü olduğu üçün həmişə baha satılıb. Budəfəki qiymət artımından sonra isə onun 1 barelinin qiyməti 86,51 dollar yüksəlib. Dünya bazarında yanacağın qiymətinin artması bütün istehlak mallarının qiymətinə təsir etdiyi üçün böyük dövlətlər, xüsusi ilə də ABŞ çıxış yolları axtarır.
“Bloomberg” yazır ki, ABŞ Hörmüz boğazında problemli olduğu üçün İraqda hasil olunan nefti Kərkük-Bəniyəs neft kəməri ilə Suriya limanlarına, oradan isə dünya bazarına çatdırmağı düşünür. ABŞ-nin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak bu məsələni hər iki dövlətin rəsmi şəxsləri ilə müzakirə edib. Danışıqlarda ABŞ-nin “Chevron” neft şirkətinin nümayəndəsi də iştirak edib. Lakin məsələ ondan ibarətdir ki, Kərkük-Bəniyəs neft boru kəməri 1952-ci ildə istismara buraxılıb və 1980-ci ildə başlanan İran-İraq müharibəsi zamanı fəaliyyəti dayanıb. 20 il fəaliyyətsiz qalan bu kəmər 2000-ci ildə bərpa edilib və İraq Hörmüz boğazı ilə yanaşı, Kərkük-Bəniyəs kəməri ilə Suriya limanlarına, oradan isə dünya bazarına neft ixrac edirdi. Lakin Suriyada vətəndaş müharibəsi və ABŞ-nin İraqda keçirdiyi hərbi əməliyyatlar zamanı kəmər ciddi zədələr alıb. Kəməri bərpa edib Hörmüzdən yan keçməklə dünya bazarına neft çıxarmaq olar. Lakin bu kəmərin imkanları böyük deyil və kəməri bərpa edəcək şirkət ondan daha çox istifadə etmək hüququ əldə edəcək ki, bu da qiymətlərin aşağı düşməsinə ciddi təsir göstərməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

