Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq güclənir
21.07.2026 [10:21]
Hökumətlərarası Komissiyanın 15-ci iclasında birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb
Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün bu ölkədə işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun görüşləri mühüm əlamətdar hadisələrlə yadda qalıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilən nazirə ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud dinamik vəziyyəti xatırladılıb. Özbəkistanın dövlət başçısı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdığını vurğulayıb. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, biznes əlaqələrinin gücləndirilməsi və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
“AzerGold” və “Uzbekgeologorazvedka”nın anlaşması
Hər iki ölkə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin qarşılıqlı ticarətin və regional bağlantıların gücləndirilməsi üçün əlavə səylərin artırılması barədə ortaq qərara gəlib. İclasın yekununda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.
Həmçinin “AzerGold” QSC, Özbəkistanın “Uzbekgeologorazvedka” SC şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb. Birgə təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması və iqtisadi cəhətdən səmərəli investisiya layihələrinin hazırlanması istiqamətində tərəfdaşlığı nəzərdə tutur.
İqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistanın müvafiq iqtisadi strukturları ilə görüşlərində də ikitərəfli əlaqələrin daha da artırılması barədə qarşılıqlı məsləhətləşmələr aparılıb. Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iqtisadiyyatın müxtəlif bölmələri barədə birgə əməkdaşlığın müasir vəziyyəti nəzərdən keçirilib. Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov bildirib ki, ikitərəfli iqtisadi münasibətlər son illərdə daha da inkişaf edib və və inkişaf perspektivləri üçün əlverişli imkanlar mövcuddur. Bu isə birgə istehsal və sənaye zəncirləri qurmaq üçün əlavə potensialları səfərbər etməyi vacib edir. Tədbirdə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə təşəbbüslərin maliyyələşdirilməsində rolu, sənaye kooperasiyasının inkişafı, geoloji kəşfiyyat və energetika sahələrində əməkdaşlıq qeyd olunub. Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir. Qarşılıqlı ticarətin və ixrac imkanlarının genişləndirilməsi, strateji investisiya layihələrinin icrası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Sənaye, energetika, tikinti, infrastruktur, kənd təsərrüfatı, avtomobil istehsalı, turizm və şəhərsalma, dağ-mədən və metallurgiya, nəqliyyat-logistika və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsi, işbirliyinin möhkəmləndirilməsi imkanları diqqətə çatdırılıb.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafında birgə əməkdaşlıq
Qeyd edək ki, Azərbaycanda “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə yeni Dövlət Proqramı hazırlanır. Proqram dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini nəzərdə tutur.
Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılıb, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilib. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilib, müasir emal infrastrukturu qurulub. daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirib. Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.
Hökumət mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini zərur hesab edir. Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan Özbəkistanla dağ-mədən və metallurgiya sənayesinin inkişafı sahəsində birgə əməkdaşlıq həmin sənaye sektorunun inkişafını təşviq etməklə, sərmayə qoyuluşlarının artmasına, istehsalın genişlənməsinə səbəb olacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

