Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi
17.07.2026 [12:17]
Azərbaycanın Avropada əməkdaşlıq etdiyi ölkələr arasında Slovakiya mühüm yer tutur. Bu münasibətlərin inkişafı iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regional sabitliyin güclənməsinə də mühüm töhfə verməyə davam edəcək.
Ölkəmizə rəsmi səfər edən Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşadan başlayan proqramı ortaq maraqlar üzərində qurulan tərəfdaşlıqda yeni səhəfənin açılmasına gətirib çıxaracaq.
Şuşada Prezident İlham Əliyevlə aparılan müzakirələr, Bakıda təşkil olunan biznes-forum göstərdi ki, Bakı və Bratislava əməkdaşlığı siyasi dialoq başda olmaqla iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrlə zəngindir. Şuşada liderlərin mətbuata birgə bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar”.
Slovakiya Prezidenti də öz növbəsində qeyd edib ki, keçmişdəki görüşlər əsnasında Qarabağ və onun gələcək inkişafı barədə danışılıb: “Mən bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd etmək istərdim. Eyni zamanda, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Cənab Prezident, Sizin sözlərinizin təsdiqi olaraq qeyd edim ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq”.
Bəyanatda o da qeyd olunub ki, Azərbaycan mühüm regional iştirakçıdır: “O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir”.
Onu da bildirək ki, Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumda ki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı müzakirə olunub.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45

