Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi
03.08.2026 [17:56]
Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq yeni keyfiyyət mərhələsinə yüksələrək strateji müttəfiqlik məzmunu qazanıb.
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin möhkəm təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində formalaşdırılıb. Məhz onun müəyyən etdiyi çoxşaxəli xarici siyasət kursunda türk dünyası ilə əlaqələrin inkişafı xüsusi yer tuturdu. Ulu Öndər müstəqilliyini yenicə bərpa etmiş türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və ortaq dəyərlərin qorunmasının gələcək inkişaf üçün mühüm amil olduğunu uzaqgörənliklə qiymətləndirirdi. Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin institusional əsaslarının yaradılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması həmin dövrdə müəyyənləşdirilən strateji xətt idi.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində müşahidə olunan sürətli inkişaf təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionlararası əməkdaşlığın təşəbbüskarı, nəqliyyat və logistika layihələrinin əsas iştirakçısı, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və Türk dünyasının inteqrasiyasını təşviq edən aparıcı dövlətlərdən birinə çevrilib.
Çolpon-Ata Bəyannaməsinin qəbul olunması isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən mühüm siyasi sənəddir. Bu bəyannamə siyasi dialoqun genişləndirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı və etibarlı siyasi aktoru kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Azərbaycan və Qırğızıstan artıq münasibətlərini dostluq və strateji tərəfdaşlıq çərçivəsində, həmçinin qarşılıqlı öhdəliklərə əsaslanan müttəfiqlik formatında inkişaf etdirəcəklər. Bakı və Bişkek beynəlxalq təşkilatlarda, təhlükəsizlik məsələlərində, iqtisadi əməkdaşlıqda və regional təşəbbüslərdə bir-birinə daha güclü siyasi dəstəyi davam etdirəcək. Bişkek də Azərbaycanla münasibətləri uzunmüddətli strateji perspektivdə inkişaf etdirmək niyyətindədir. İki ölkə arasında siyasi dialoq artıq ən yüksək səviyyəyə çatıb və qarşılıqlı etimad möhkəm təməl yaradıb. Səfər zamanı dövlət başçıları Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qərar qəbul etdilər. Bu qərar sənaye, kənd təsərrüfatı, logistika, emal sənayesi və turizm kimi sahələrdə birgə layihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradır. Səfər zamanı İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa olunan beşulduzlu “Bakı” hotelinin açılışı da rəmzi məna daşıyır. Prezident İlham Əliyev bu layihəni Azərbaycan investisiyalarının dost ölkələrin inkişafına töhfəsi kimi qiymətləndirib. Sadır Japarov isə bu layihənin “xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi” olduğunu vurğuladı.
Bu gün Orta Dəhliz Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının əsas elementlərindən biridir. Xəzər dənizi üzərindən keçən marşrutların əhəmiyyətinin artması Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşına çevirir. Bu kontekstdə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə ilk dəfə tamhüquqlu üzv kimi iştirakı da xüsusi siyasi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanla Mərkəzi Asiya münasibətləri institusional xarakter almaqdadır və regional əməkdaşlıq mexanizmlərində ölkəmizin rolu daha da artır.
Cənab Prezidentin Qırğızıstan səfəri humanitar əməkdaşlığın dərinləşdirilməsi baxımından da əlamətdar oldu. Qarabağın bərpasında Qırğızıstanın dəstəyi, Ağdamda məktəb inşası, həmçinin Çingiz Aytmatovun irsinin birgə təbliği, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və dostluq parklarının salınması ortaq türk kimliyinin və mədəni bağların daha da möhkəmləndiyini göstərir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14

