Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistan İran nümayəndə heyətini ABŞ ilə danışıqların bərpasını müzakirə etmək üçün İslamabada dəvət edib

Pakistan İran nümayəndə heyətini ABŞ ilə danışıqların bərpasını müzakirə etmək üçün İslamabada dəvət edib

04.08.2026 [13:30]

Pakistan İranın yüksəksəviyyəli müzakirəçilərini ABŞ ilə dayandırılmış birbaşa danışıqların bərpası və diplomatik səylərin müzakirəsi üçün ən qısa zamanda İslamabada səfərə dəvət edib.

AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı əsnasında regional və beynəlxalq məsələləri müzakirə edib. İranlı nazir Hörmüz boğazında naviqasiyanın bərpası üzrə Tehran və Maskat arasında aparılan danışıqlar barədə Pakistanın xarici siyasət idarəsinin rəhbərinə məlumat verib.

Bununla yanaşı, Pakistan Milli Məclisinin sədri Ayaz Sadiq Tehranın baş müzakirəçisi Baqer Qalibafı Pakistana səfərə dəvət edib. Lakin İran rəsmilərinin İslamabada səfərinin vaxtı ilə bağlı dəqiq məlumat yoxdur.

Son əlaqələr ABŞ Prezidenti Donald Trampın şənbə günü İrana planlaşdırılan hərbi hücumları ləğv etməsindən sonra baş tutub. Tramp ABŞ-nin müttəfiqlərinin onu hücumları təxirə salmağa çağırdığını, razılaşmanın əldə olunmasının labüd olduğunu bildirib.

Bazar ertəsi günü Pakistan hökumət mənbələri bildiriblər ki, müharibə edən iki tərəf arasında dayandırılmış birbaşa danışıqların bərpası üçün hələlik heç bir tarix və ya yer müəyyən edilməyib. Onlar əlavə ediblər ki, Pakistan və Qətər birbaşa danışıqların tarixini və yerini dəqiqləşdirmək məqsədilə Vaşinqton və Tehranla əlaqə saxlayırlar.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31