Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları üçün süni intellekt ilə bağlı maarifləndirici təlimlər təşkil olunub

Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları üçün süni intellekt ilə bağlı maarifləndirici təlimlər təşkil olunub

04.08.2026 [13:15]

“AZCON Holding”in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) dövlət sektorunda süni intellekt üzrə bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin davamı olaraq Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün təlimlər keçirib.

MSİM-dən AZƏRTAC-a bildirilib ki, “Süni İntellekt Savadlılığı” layihəsi çərçivəsində təşkil olunan təlim sessiyalarında iştirakçılara süni intellektin əsas prinsipləri, dövlət sektorunda tətbiqi imkanları və müvafiq alətlərdən düzgün istifadə qaydaları barədə məlumat verilib.

Təlimlərdə məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunması, potensial risklərin qiymətləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin dövlət xidmətlərinin və daxili iş proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzular əhatə olunub.

Qeyd edək ki, bu təlimlər “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda nəzərdə tutulan məlumatlılığın artırılması, institusional bacarıqların gücləndirilməsi və yeni texnologiyaların dövlət idarəçiliyində məsuliyyətli tətbiqinin təşviqi istiqamətlərinə uyğundur.

MSİM növbəti mərhələlərdə digər dövlət qurumlarının əməkdaşlarını da bu təlimə cəlb etməklə maarifləndirmənin əhatə dairəsini genişləndirmək niyyətindədir.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31