Azərbaycan Qırğızıstan münasibətləri regional təhlükəsizliyə xidmət edir
03.08.2026 [18:45]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və mətbuata verilən bəyanatlar iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.
Cənab Prezident mətbuata bəyanatında Azərbaycan və Qırğızıstan xalqları arasında mövcud olan ortaq tarixi, mədəni və mənəvi dəyərlərin dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində qurulan əməkdaşlıq son illərdə daha da genişlənmiş, siyasi dialoq, iqtisadi əlaqələr, nəqliyyat, logistika, investisiya, humanitar və təhsil sahələrində mühüm nəticələr əldə olunmuşdur.
Bəyanatda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilmişdir. Cənab İlham Əliyev türk dünyasının həmrəyliyinin gücləndirilməsinin regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verdiyini bildirmişdir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi dəstək və bu platformada irəli sürdüyü təşəbbüslərin üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyi vurğulanmışdır.
Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunaraq, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-kommunikasiya layihələrinin inkişaf etdirilməsi və Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunmasının hər iki ölkənin iqtisadi maraqlarına cavab verdiyini qeyd etmişdir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələrinin regionun tranzit potensialını artırdığı və Qırğızıstan üçün də yeni imkanlar yaratdığı diqqətə çatdırılmışdır.
Möhtərəm Prezident çıxışında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursunu davam etdirdiyini, qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinin dövlətlərarası münasibətlərdə əsas amillər olduğunu bildirmişdir. Bu yanaşmanın Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında da mühüm rol oynadığı qeyd edilmişdir.
Mətbuata verilən bəyanat göstərir ki, Azərbaycan və Qırğızıstan arasında əlaqələr yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda türk dünyasının inteqrasiyasına, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında münasibətlərin gələcək illərdə daha da inkişaf edəcəyi, yeni birgə layihələrin həyata keçiriləcəyi və strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyi gözlənilir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50

