Gündoğanda ədəbiyyat
05.09.2026 [08:54]
Yaranır. Və dünyanı fəth edir.
Nidzenin sehrinə düşən oxucu çətin ki, yapon ədəbiyyatından uzaqlaşa bilsin. 1940-cı ildə İmperator kitabxanasının dərinliklərində itib-qalmış “İstənilməyən hekayə” (tərcümə şərtidir) adlı avtobioqrafik memuarın əlyazması, həqiqətən, itirilmiş inci hesab edilirdi. Lakin təsadüfən, XVII əsrə aid bir nüsxənin tapılması yapon ədəbiyyatının tarixinə yenidən nəzər salmaq üçün ciddi səbəb yaratmış oldu. Nidze 1258-1307-ci illər arasında yaşayıb-yaratmış saray şairəsi və yazıçı idi. Onun həyatı saray kənizliyindən buddist rahibəliyinə qədər davam edərək, bütün Yaponiyanı payi-piyada gəzib öz xatirələrini açıq, cəsarətli bir dildə təsvir edə bilməsi ilə seçilir. Həm də ta o vaxtadək ki, Yaponiyada bütün idarəçilik samurayların əlinə keçir...
Nidzeni oxuduqdan sonra bütün yapon ədəbiyyatı sanki incə bir sap üzərinə düzülür, hətta dünyaca məşhur Murakami də bəzən Nidzenin bulağından su içmiş kimi görünür...
Murakami demişkən, artıq dünyanı fəth etmiş yapon ədəbiyyatı anlayışı da var. Bəs onlar bunu necə ediblər?
Elə həm də yuxarıda adı çəkilən Nidzenin “əli ilə”. Bir vaxtlar, bu nadir əlyazmanın tapılması dünya mediasının trendinə çevrilmişdi. Hamı bir qadının dilindən nağıl edilən sirli-sehirli hekayətləri oxumaq üçün kitab dükanlarında saatlarla növbə gözləməyə hazır idi. Nidze Haruki Murakami, Yoko Oqava, Sayaka Murata, hətta ecazkar Rünoske Aqutaqavaya yol açırdı. Budur, istər klassik, istərsə də müasir yapon ədəbiyyatı dəbdədir, oxunur, müzakirə olunur və satılır.
İndi Yaponiyanın robotlar ölkəsindən daha çox Ədəbiyyat ölkəsi kimi tanınması şübhə doğurmur. Artıq müasir yapon ədəbiyyatının dünyada tanıdılması üçün genişmiqyaslı layihələr həyata keçirilir: əsərlərin əcnəbi dillərə tərcüməsi, peşəkar tərcüməçilərin yetişdirilməsi və müxtəlif ədəbi platformaların yaradılması işləri geniş vüsət alıb. “JLPP” (Japanese Literature Publishing Project) və “Yaponiya Fondu” (The Japan Foundation) həm müasir yapon müəlliflərinin əsərlərinin xaricdə nəşr edilməsində, həm də tərcümə edilmiş əsərlərin nəhəng bir data bazada qeydə alınıb qorunmasında birgə fəaliyyət göstərir. Və ruhdan düşməyərək, əllərində çıraq, dünyanın hər yerində gənc və istedadlı ədəbi tərcüməçilər tapmaq üçün axtarışlarını davam etdirir, bu istiqamətdə müsabiqələr elan edir, müxtəlif layihələr həyata keçirirlər.
Hələ ki bizdə birbaşa yapon dilindən tərcümələrə rast gəlinmir. Amma digər dillərdən tərcümə edilən gündoğan ölkə müəllifləri kitab dükanlarımızın vitrinlərini bəzəyir, oxunurlar.
Deyəsən, indi məsələ heç də dünyanı fəth etməkdə deyil, daha çox mədəniyyətin varlığından söz açaraq onu diri saxlaya bilməkdədir. Ümumiyyətlə, Ədəbiyyat dünyanı fəth etməlidirmi? Bəlkə, fəth etməyə çalışmaqdansa, hər Ədəbiyyatın daha çox “mən buradayam” deməyə gücü çatmalıdır?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxSosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40

