Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran və Oman Hörmüz boğazından keçid üçün razılaşdırılmış marşrutları elan edəcəklər

İran və Oman Hörmüz boğazından keçid üçün razılaşdırılmış marşrutları elan edəcəklər

07.09.2026 [13:19]

İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçən razılaşdırılmış gəmiçilik marşrutlarını elan edəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, İran və Oman arasında yeni beynəlxalq keçid dəhlizi ilə bağlı razılıq əldə olunub. M.Rzayi, həmçinin Hörmüz boğazının kənarında yeni məhdud giriş zonasının yaradılacağını bildirib. İranın razılığı olmadan həmin əraziyə daxil olan gəmilərin sanksiyaya məruz qala biləcəyi qeyd olunub.

Rzayi bildirib ki, Hörmüz boğazı hazırda İran Silahlı Qüvvələrinin nəzarətindədir. O vurğulayıb ki, ABŞ təhdid və təcavüz siyasətinə son qoymayana qədər Tehran boğazın açılması ilə bağlı öhdəlik götürməyəcək.

İran rəsmisi ölkədə əsas məhsulların çatışmazlığı ilə bağlı məlumatları da təkzib edib və neft satışının davam etdiyini bildirib.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30