Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam etdirilir

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam etdirilir

15.10.2026 [17:10]

YAP Göygöl rayon təşkilatı üzrə Qaz İstismar Sahəsi və Elektrik şəbəkəsi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirilib.

 Tədbirlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qaz İstismar Sahəsi ərazi partiya təşkilatının sədri Şahlar Məmmədov, Elektrik Şəbəkəsinin rəisi Şahin Yusubov, ƏPT sədri  Emin Məmmədov, partiya fəallarından Etibar Cəfərov və Möhübbət Mahmudov çıxış edib.

Çıxış və nitqlərdə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb, ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas hədəflərini əks etdirməklə yanaşı, partiyanın bütün strukturları, o cümlədən yerli təşkilatları üçün də mühüm fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Natiqlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyduğunu vurğulayaraq, bu tarixi reallığın qarşıya yeni məqsədlər qoyduğu və onların həyata keçirilməsinin hər bir sahədə sistemli, ardıcıl və məsuliyyətli fəaliyyət tələb etdiyini diqqətə çatdırıb. Bildiriblər ki, VIII Qurultayda səsləndirilən fikirlərin və irəli sürülən vəzifələrin dərindən öyrənilməsi, onların partiya üzvləri arasında geniş izah olunması, gündəlik fəaliyyət zamanı rəhbər tutulması mühüm əhəmiyyət daşıyır və hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31