Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv /  Prezidentin VIII Qurultaydakı nitqi partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirir

 Prezidentin VIII Qurultaydakı nitqi partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirir

15.10.2026 [17:21]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Kəngərli rayon təşkilatının Şahtaxtı kənd, Qıvraq qəsəbə və Naxçıvan Poçt və Telekomunikasiya Mərkəzi MMC-nin Kəngərli rayon Sektoru ərazi partiya təşkilatlarında tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərin əsas məqsədi VIII Qurultayın siyasi əhəmiyyətini, Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan mühüm məqamlar və qarşıya qoyulan vəzifələrin yerli partiya təşkilatlarının fəaliyyətində tətbiqi məsələlərini diqqətə çatdırmaq olub.

YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsində siyasi xəttin prioritetlərini və gələcək fəaliyyətin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyub. O vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi güclü dövlətçilik, milli maraqların qorunması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından mühüm mesajlarla zəngindir. Sədr qeyd edib ki, Azərbaycanın bugünkü qüdrəti Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsinin, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq-iqtidar birliyinin nəticəsidir. Sevda Quluyeva, həmçinin partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışaraq bildirib ki, qurultayda müəyyən edilən hədəflər hər bir təşkilatın gündəlik fəaliyyətində öz əksini tapmalı, partiya fəalları cəmiyyətlə sıx əlaqələri, təşəbbüskarlığı və nümunəvi fəaliyyəti ilə ümumi işə töhfə verməlidirlər.

Digər çıxış edənlər də VIII Qurultayda səsləndirilən fikirlərin ölkənin siyasi və ictimai həyatında mühüm istiqamətverici rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üzvlərin birgə fəaliyyətindən, dövlətçilik mövqeyinə sadiqliyindən və ictimai proseslərdə fəal iştirakından asılıdır.

Tədbirlərin sonunda qurultayın qərar və müddəalarının yerli təşkilatların fəaliyyətində rəhbər tutulması, partiya üzvlərinin fəallığının artırılması və müəyyənləşdirilmiş prioritetlər üzrə işin daha səmərəli təşkili ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər bir partiya üzvü üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, ölkəmizin tərəqqisinə və Yeni Azərbaycan Partiyasının qarşısında duran hədəflərin reallaşdırılmasına öz töhfəsini verməlidir.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31