Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib

Ağstafada Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib

15.10.2026 [18:30]

15 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Dəmiryolu işçiləri”, “Qaz İstismar sahəsi”, “Azərişıq”, “Ağstafa DAİM” və “Rafiq Alıcanov 14” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin qorunmasından, milli maraqların müdafiəsindən və Azərbaycanın qarşısında duran strateji vəzifələrdən bəhs edib. Qeyd olunub ki, ölkənin davamlı inkişafı, siyasi sabitliyin qorunması və cəmiyyətin qarşısında duran yeni çağırışlara uyğun fəaliyyət göstərilməsi mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən natiqlər – “Dəmiryolu işçiləri” Ərazi Partiya Təşkilatının sədr müavini Ramin Kazımov, “Qaz İstismar sahəsi” Ərazi Partiya Təşkilatının sədri Vüsal Əsgərov, “Azərişıq” Ərazi Partiya Təşkilatının sədri Azad Ələkborov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin öyrənilməsi, əldə olunan nailiyyətlərin təbliği və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi məsələlərinə diqqət yetirilir. Nüasir dövrdə siyasi təşkilatların qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətlə sıx əlaqələrin möhkəmləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması və ictimai təşəbbüslərin dəstəklənməsidir.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31