Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir

YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir

15.10.2026 [19:38]

 Oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Ağcabədi Su Meliorasiya sistemlərinin istismarı idarəsi Ərazi Partiya Təşkilatlında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri Ağcabədi Su Meliorasiya sistemlərinin istismarı idarəsi Ərazi Partiya Təşkilatlının sədri Asəf Quliyev açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mühüm roldan, ölkəmizin inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, ideoloji işin gücləndirilməsi və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə çıxış edən Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Ərazi Partiya Təşkilatının sədr müavini Əli Həsənli, partiya fəalları Gülgəz Zeynalova, Azər İsmayılov və Ələsgər Əliyev də Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyəti, qarşıda duran əsas vəzifələr və VIII Qurultayda müəyyənləşdirilmiş hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının rolu barədə fikirlərini bölüşüblər.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Belə görüşlərin keçirilməsinin partiya üzvlərinin qarşısında duran vəzifələrin daha aydın müəyyənləşdirilməsinə, təşkilati işin gücləndirilməsinə və VIII Qurultayda müəyyən edilmiş hədəflərin uğurla həyata keçirilməsinə töhfə verdiyi bildirilib.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31