COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir
28.09.2024 [12:48]
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyəti BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdədir. Səfər çərçivəsində sentyabrın 26-da COP29 Azərbaycan ƏŞ tərəfindən COP29-a hazırlıq istiqamətində təşkilati və əməliyyat məsələlərinə dair üzv dövlətlərin nümayəndələri üçün brifinq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, noyabrda Bakıda keçiriləcək COP29 konfransına intensiv hazırlıq istiqamətində icra edilmiş və planlaşdırılan işlər üzrə məlumatlandırılmanın təmin edilməsi məqsədilə təşkil edilən tədbirdə BMT-nin bir sıra üzv ölkələrinin nümayəndə heyətləri iştirak ediblər.
Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, COP29-un tematik gündəliyi, o cümlədən İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə qısa məlumat verərək tədbir məkanı olan Bakı Stadionunda icra olunan işlərə toxunub. Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulmasını xüsusilə vurğulayan N.Çarçalova tədbir məkanında dayanıqlılıq, əlçatanlıq və inklüzivlik tələblərinə tam riayət edildiyini bildirib, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə əlçatan və inklüziv mühitin yaradılması üçün atılan addımları diqqətə çatdırıb, eləcə də ƏŞ-nin əsas dayanıqlılıq hədəf və öhdəlikləri haqda bəhs edib.
Brifinqdə çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 konfransının keçirilməsi üçün tələb olunan tədbir məkanının hazırlanması və əməliyyatların qurulması prosesini yüksək qiymətləndirib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin direktoru Sesilya Kinutia Njenqa COP29 İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin proqramı və milli bəyənatlar üçün ölkələr tərəfindən müraciət prosesi barədə danışıb.
Daha sonra çıxış edən COP29 Azərbaycan ƏŞ-nin Koordinasiya Şurasının üzvləri Şəhla Abbəkirova və İsmayıl İsayev COP29 zamanı müsbət ziyarətçi təcrübəsi, qeydiyyat və akkreditasiya məsələləri, xüsusi COP29 vizası, media xidmətləri, nəqliyyat sxemləri kimi mövzular ətrafında iştirakçıları məlumatlandırıblar. Bununla yanaşı, COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəflərini şərh edən Koordinasiya Şurasının üzvləri tədbir zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün icra edilən işlər və planlar barədə məlumat veriblər.
Brifinq nümayəndə heyətlərini maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23

