Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəməri istifadəyə verilib
09.10.2013 [14:32]
Oktyabrın 8-də yenidən tikilən Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərinin açılışı olub.
Bu barədə AzərTAc-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib. Kəmərin açılış mərasimində çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktor müavini Ramin İsmayılov deyib ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilib. Bununla yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Naxçıvan-Sədərək yüksək təzyiqli qaz kəməri də yenidən çəkilib. Tikinti işlərinə 37 milyon manata yaxın vəsait sərf olunub. Ramin İsmayılov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edərək deyib: “Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xətti ötən əsrin 80-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə çəkilmişdir. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Bu xətt də 2005-ci ilədək istifadəsiz vəziyyətdə qalmışdır”.
Ali Məclisin Sədri deyib: “Korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xətti yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən də yeni qaz kəmərinin tikilməsi zərurəti yaranmışdı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq uzunluğu 81 kilometr olan Naxçıvan-Sədərək yüksək təzyiqli qaz kəmərinin layihəsi hazırlanaraq tikinti işlərinə başlanılmış və bir il müddətində başa çatdırılmışdır. Qaz kəməri müasir tələblərə uyğun şəkildə çəkilmişdir. Xəttin üzərində 4 katod qoruma sistemi, 6 qazpaylayıcı stansiya quraşdırılmışdır ki, bu da təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir. Təbii qazdan itkisiz və səmərəli istifadə isə muxtar respublikanın qaz təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsinə şərait yaradacaqdır. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkün olacaqdır. Bu da hər hansı qəza halı baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunması deməkdir”.
Ali Məclisin Sədri qaz təsərrüfatı işçilərinin qarşısında mühüm vəzifələrin durduğunu bildirərək deyib: “Naxçıvan-Sədərək yüksək təzyiqli qaz boru xətti muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir. Qaz təsərrüfatı sahəsində çalışanlar bu boru xəttindən səmərəli istifadəni təmin etməli, istismar tələblərinə ciddi əməl olunmalıdır”.
Ali Məclisin Sədri qaz xəttinin çəkilməsində əməyi olanlara təşəkkürünü bildirib, qaz kəmərinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.
Qeyd olunub ki, Naxçıvan-Sədərək qaz kəməri 8 millimetr qalınlıqda 558,8 millimetr diametrli izolyasiyalı borularla 1 metr dərinlikdən çəkilib. Qaz kəmərində katod qorumasına nəzarət etmək üçün 107 yerdə ölçmə dirəyi, qazpaylayıcı stansiya və qəza halları zamanı kəmərdən qazın tamamilə boşaldılmaması üçün 2 kran meydançası quraşdırılıb. Kəmərin çay və yol keçidlərindən keçən hissələrində lazımi mühəndis-texniki qaydalara əməl edilib, kəmər boyu xidməti avtomobil yolu çəkilib.
Tikinti işləri başa çatdırıldıqdan sonra qaz kəmərinə 102 atmosfer təzyiqdə su vurularaq sınaqdan çıxarılıb. 75 atmosfer işçi təzyiqə hesablanmış kəmər 20 atmosfer təzyiqlə istismar olunacaq. İstifadəyə verildikdən sonra xətdən Şərur rayonunda 17 min 772, Kəngərli rayonunda 5 min 355, Sədərək rayonunda isə 2 min 182 abonent olmaqla 25 mindən artıq abonent istifadə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

